Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın “Tranzit Yol Xəritəsi” tərtib edilib

© Pexels Francesco UngaroДорога
Дорога - Sputnik Azərbaycan, 1920, 22.07.2022
Abunə olmaq
Azərbaycanın sərhəd-keçid məntəqələrində tranzit əməliyyatları zamanı Koordinasiya şurasının katibliyinə hesabatlar təqdim ediləcək.
BAKI, 22 iyul - Sputnik. Azərbaycanın “Tranzit Yol Xəritəsi” tərtib edilib.
Bu barədə Azərbaycan Respublikasının Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının Tranzit yükdaşımaların idarə edilməsi üçün vahid Qərargahın yaradılmasına dair iclasında məlumat verilib.
Bildirilib ki, “Tranzit Yol Xəritəsi” yerli və xarici ekspertlərin araşdırmaları nəticəsində tərtib edilib.
Bu xəritə Azərbaycanın tranzit potensialını tam açmaq üçün qısa, orta və uzunmüddətli məqsədləri müəyyən edir.
İclasda Azərbaycan üzərindən keçən yüklərin axıcılığını təmin etmək üçün dəmir yolu üzrə dinamik tarif siyasəti barədə fikir mübadiləsi aparılıb.
Sərhəd-keçid məntəqələrində tranzit əməliyyatları zamanı Koordinasiya şurasına hesabat veriləcək
Burada həmçinin qeyd olunub ki, Azərbaycanın sərhəd-keçid məntəqələrində tranzit əməliyyatları zamanı Koordinasiya şurasının katibliyinə hesabatlar təqdim ediləcək.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin sədrliyi ilə keçirilən iclasda bildirilib ki, qərargahın əsas məqsədi - sərhəd-keçid məntəqələrində aparılan prosedurların asanlaşdırılması və elektronlaşdırılması, aparılan tranzit əməliyyatlarının sinxronizələşmiş planlaşdırılması və vahid dispetçer tərəfindən idarə edilməsi proseslərinin təkmilləşdirilməsidir.
Ölkə maraqlarından çıxış edən Qərargah əməliyyatların monitorinqini aparacaq və mütəmadi olaraq Koordinasiya şurasının katibliyinə hesabatlar təqdim edəcək.
Tranzit zamanı yükdaşıyıcıların problemlərinin operativ həlli üçün Qərargahda “Çağrı Mərkəzi” yaradılacaq.
Xəbər lenti
0