Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda vergi ödəyicilərinin sayı artıb

© Sputnik / Murad OrujovVergi məcəlləsi, arxiv şəkli
Vergi məcəlləsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.07.2022
Abunə olmaq
Cari ilin ilk altı ayının hər birində kommersiya qurumlarının dövlət qeydiyyatının həcmi əvvəlki ilin müvafiq ayları ilə müqayisədə artıb.
BAKI, 22 iyul — Sputnik. Bu il iyulun 1-nə Azərbaycanda 1 363 776 vergi ödəyicisi olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən il iyulun 1-i ilə müqayisədə 7,3% çoxdur.
Vergi ödəyicilərinin 87,6 %-i fiziki şəxslər, 12,4 %-i isə hüquqi şəxslər və digər təşkilatlar təşkil edib. Son 1 ildə fərdi sahibkarların sayı 7,1%, şirkətlərin sayı isə 8,6% artıb.
Bu ilin I yarısında Azərbaycanda 7 658 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 % çoxdur.
Yeni kommersiya qurumlarının 72,7 %-i elektron qaydada, 27,3 %-i kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydiyyata alınıb və onlardan 1 308-nin (ümumi qeydiyyatın 17,1%-nin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması ilkin qeydiyyat proseduru çərçivəsində təmin olunub.
2022-ci ilin 6 ayı ərzində qeydiyyatdan keçmiş kommersiya qurumlarının 77,5 %-i yerli investisiyalı, 22,5 %-i xarici investisiyalı qurumlardır. Cari ilin ilk altı ayının hər birində kommersiya qurumlarının dövlət qeydiyyatının həcmi əvvəlki ilin müvafiq ayları ilə müqayisədə artıb.
Xəbər lenti
0