https://sputnik.az/20220722/azerbaycanda-ehalinin-icmeli-su-ile-teminati-85-e-catdirilacaq-444275251.html
Azərbaycanda əhalinin içməli su ilə təminatı 85%-ə çatdırılacaq
Azərbaycanda əhalinin içməli su ilə təminatı 85%-ə çatdırılacaq
Sputnik Azərbaycan
Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda qeyd olunub ki, ətraf mühitə dost sənayeləşmə... 22.07.2022, Sputnik Azərbaycan
2022-07-22T14:42+0400
2022-07-22T14:42+0400
2022-07-22T14:52+0400
su
azərbaycan xəbərləri
içməli su
https://cdnn1.img.sputnik.az/img/07e4/07/16/424499181_0:0:3059:1722_1920x0_80_0_0_d7b803a407f2cffb708c15298969a538.jpg
BAKI, 22 iyul — Sputnik. Azərbaycanda yaxın 5 ildə əhalinin içməli su ilə təminatı 70%-dən 85%-ə, suvarma suyu ilə təminatı 80%-dən 90%-ə çatdırılacaq. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb.Sənəddə qeyd olunub ki, təbii resurslardan dayanıqlı və davamlı istifadə təmin olunacaq. Ətraf mühitə dost sənayeləşmə təşviq ediləcək, bu məqsədlə tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcək. Hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sistemi müasirləşdiriləcəkdir. Bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması və akvakulturanın inkişafı təmin olunacaq, meşə ilə örtülü ərazilərin və yaşıllıqların mühafizəsi gücləndiriləcək. Nəticədə, ölkə üzrə ümumi ərazidə yaşıllığın payı 12 %-dən 12,3 %-ə çatdırılacaq. İstifadəyə yararsız torpaq sahələrinin payı 25 %-dən 15 %-ədək azalacaq. Tullantıların təkrar emalı prosesinin əhatə dairəsi 20 % (regionlarda 10 %) təşkil edəcəkdir. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin ümumi sahəsinin ölkənin ümumi torpaq fonduna nisbəti 10,5% olacaq. Meşə fondunun 65 %-i inventarlaşdırılacaq. Torpaqların 30%-də aqrokimyəvi analizlərin aparılması təmin olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/16/424499181_208:0:2939:2048_1920x0_80_0_0_4edc9b59af318e6729fe88d91b403204.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
su, içməli su
Azərbaycanda əhalinin içməli su ilə təminatı 85%-ə çatdırılacaq
14:42 22.07.2022 (Yenilənib: 14:52 22.07.2022) Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda qeyd olunub ki, ətraf mühitə dost sənayeləşmə təşviq ediləcək
BAKI, 22 iyul — Sputnik. Azərbaycanda yaxın 5 ildə əhalinin içməli su ilə təminatı 70%-dən 85%-ə, suvarma suyu ilə təminatı 80%-dən 90%-ə çatdırılacaq. Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, təbii resurslardan dayanıqlı və davamlı istifadə təmin olunacaq. Ətraf mühitə dost sənayeləşmə təşviq ediləcək, bu məqsədlə tullantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcək. Hidrometeoroloji müşahidə və ətraf mühitin monitorinqi sistemi müasirləşdiriləcəkdir. Bioloji müxtəlifliyin qorunması, su bioresurslarının artırılması və akvakulturanın inkişafı təmin olunacaq, meşə ilə örtülü ərazilərin və yaşıllıqların mühafizəsi gücləndiriləcək. Nəticədə, ölkə üzrə ümumi ərazidə yaşıllığın payı 12 %-dən 12,3 %-ə çatdırılacaq. İstifadəyə yararsız torpaq sahələrinin payı 25 %-dən 15 %-ədək azalacaq. Tullantıların təkrar emalı prosesinin əhatə dairəsi 20 % (regionlarda 10 %) təşkil edəcəkdir. Xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin ümumi sahəsinin ölkənin ümumi torpaq fonduna nisbəti 10,5% olacaq. Meşə fondunun 65 %-i inventarlaşdırılacaq. Torpaqların 30%-də aqrokimyəvi analizlərin aparılması təmin olunacaq.