CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda "Abşeron vadisi" yaradılacaq

© Official website of President of Azerbaijan RepublicSənayə məhəlləsi, arxiv şəkli
Sənayə məhəlləsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.07.2022
Abunə olmaq
Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda "Abşeron vadisi" çərçivəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin sayı ilbəil artacaq.
BAKI, 22 iyul — Sputnik. Azərbaycanda "Abşeron vadisi" innovasiya klasteri yaradılacaq. Bu barədə Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapıb.
İnnovasiya gündəliyi formalaşdırılacaq və dövlət tərəfindən təşviq ediləcəkdir. İqtisadiyyatın prioritet sahələrində innovasiyalar tətbiq ediləcəkdir. Nəticədə, "Abşeron vadisi" çərçivəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin sayı ilbəil artacaqdır.
Startapların bütün inkişaf mərhələləri üzrə maliyyələşmə mexanizmləri formalaşdırılacaq. Startaplar və investorlar üçün məqsədli fiskal imtiyazlar sistemi hazırlanacaq. Zəruri sayda istedad ehtiyatı təmin ediləcəkdir. Nəticədə, startapların sayı ilbəil artacaq.
Xəbər lenti
0