Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN başçısı İqor Xovayevi niyə qəbul edib?

© Sputnik / Murad OrujovМинистр иностранных дел Азербайджана Джейхун Байрамов
Министр иностранных дел Азербайджана Джейхун Байрамов - Sputnik Azərbaycan, 1920, 22.07.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Görüşdə həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə atılan addımlar üzrə fikir mübadiləsi aparılıb.
BAKI, 22 iyul - Sputnik. İyulun 22-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Bu barədə Azərbaycan XİN-in mətbuat xidməti məlumat yayıb.
Görüşdə bölgədəki cari vəziyyət ətrafında, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi çərçivəsində müxtəlif istiqamətlər üzrə atılan addımlar üzrə fikir mübadiləsi aparılıb.
Tərəflər, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyini vurğulayıblar. Normallaşma prosesinin irəli aparılması və konkret nəticələrin əldə edilməsi üçün bütün səylərin səfərbər edilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib.
Xəbər lenti
0