https://sputnik.az/20220721/xalqimiza-qarsi-toredilmis-cinayetlerle-bagli-arasdirmalar-davam-edir---xanlar-veliyev-444233878.html
Xalqımıza qarşı törədilmiş cinayətlərlə bağlı araşdırmalar davam edir - Xanlar Vəliyev
Xalqımıza qarşı törədilmiş cinayətlərlə bağlı araşdırmalar davam edir - Xanlar Vəliyev
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda kollegiya iclası keçirilib. 21.07.2022, Sputnik Azərbaycan
2022-07-21T19:49+0400
2022-07-21T19:49+0400
2022-07-21T19:49+0400
hərbçi
hərbi
hərbi prokuror
iclas
itkin düşənlər
cinayət
tədbirlər
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/19/425556139_0:294:3077:2025_1920x0_80_0_0_4a552a5701e3129610ff461882c49940.jpg
BAKI, 21 iyul — Sputnik. Müvafiq qurumlarla birlikdə həm I Qarabağ, həm də II Qarabağ müharibəsində həlak olmuş şəxslərin şəxsiyyətinin müəyyən olunması, bununla əlaqədar zəruri tədbirlərin görülməsi istiqamətində də işlər davam etdirilib.Bunu Hərbi Prokurorluqda 2022-ci ilin birinci yarımilliyinin yekunlarına dair kollegiya iclasında Hərbi prokuror Xanlar Vəliyev deyib.Bildirilib ki, o cümlədən Hərbi Prokurorluq orqanlarının əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilməklə, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılmaqla qürur dolu 44 günlük döyüş əməliyyatlarında həlak olmuş şəxslərdən indiyədək 2908 şəxsin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətlərinin müəyyən edilərək meyitlərinin ailələrinə təhvil verilməsi təmin olunub.İtkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda müntəzəm işlər aparılır.Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilən sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.Xanlar Vəliyev bildirib ki, hesabat dövründə qeydə alınmış bəzi qəbildən olan cinayətlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azalıb.Belə ki, 2021-ci ilin birinci yarımili ilə müqayisədə 2022-ci ilin birinci yarısında qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 30 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 88,9 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 25 faiz azalıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/19/425556139_63:0:2794:2048_1920x0_80_0_0_f95f4777db99e448a4e835a747d79be1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hərbçi, hərbi prokuror, iclas, itkin düşənlər, cinayət, tədbirlər
hərbçi, hərbi prokuror, iclas, itkin düşənlər, cinayət, tədbirlər
Xalqımıza qarşı törədilmiş cinayətlərlə bağlı araşdırmalar davam edir - Xanlar Vəliyev
Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda kollegiya iclası keçirilib.
BAKI, 21 iyul — Sputnik. Müvafiq qurumlarla birlikdə həm I Qarabağ, həm də II Qarabağ müharibəsində həlak olmuş şəxslərin şəxsiyyətinin müəyyən olunması, bununla əlaqədar zəruri tədbirlərin görülməsi istiqamətində də işlər davam etdirilib.
Bunu Hərbi Prokurorluqda 2022-ci ilin birinci yarımilliyinin yekunlarına dair kollegiya iclasında Hərbi prokuror Xanlar Vəliyev deyib.
Bildirilib ki, o cümlədən Hərbi Prokurorluq orqanlarının əməkdaşları tərəfindən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin işçiləri ilə birgə intensiv əməliyyat-istintaq tədbirləri, təxirəsalınmaz istintaq hərəkətləri, çoxsaylı ekspertizalar keçirilməklə, Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən bu istiqamətdə müntəzəm iş aparılmaqla qürur dolu 44 günlük döyüş əməliyyatlarında həlak olmuş şəxslərdən indiyədək 2908 şəxsin, o cümlədən itkin düşmüş hərbi qulluqçularımızın şəxsiyyətlərinin müəyyən edilərək meyitlərinin ailələrinə təhvil verilməsi təmin olunub.
İtkin düşmüş 6 hərbi qulluqçunun olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda müntəzəm işlər aparılır.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilən sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Xanlar Vəliyev bildirib ki, hesabat dövründə qeydə alınmış bəzi qəbildən olan cinayətlər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə azalıb.
Belə ki, 2021-ci ilin birinci yarımili ilə müqayisədə 2022-ci ilin birinci yarısında qeydə alınmış özünü öldürmə həddinə çatdırma cinayətləri 30 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 88,9 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 14,3 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə cinayətləri 40 faiz və xuliqanlıq cinayətləri 25 faiz azalıb.