CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstehlakçılar daha çox malların qüsurlu və keyfiyyətsiz olması ilə bağlı müraciət edib

© Sputnik / Murad OrujovBakı sakinləri
Bakı sakinləri - Sputnik Azərbaycan, 1920, 21.07.2022
Abunə olmaq
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılardan 2 min 977 müraciətə baxıb
BAKI, 21 iyul — Sputnik. Bu ilin I yarısında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti istehlakçılardan 2 min 977 müraciətə baxıb.
Bunun 59%-i malların (iş, xidmətlərin) qüsurlu və keyfiyyətsiz olması, 22%-i digər istehlakçı hüquqlarının pozulması, 14 %-i, istehlakçıların hesabda, çəkidə və qiymətdə aldadılması, 3%-i müqavilə şərtlərinin pozulması, 2%-i isə istehlakçılara zəruri və düzgün məlumatların verilməsi ilə bağlı olub.
Dövlət Xidməti 1 185 müraciəti təmin edib, 1 041 müraciətə dair izahat və tövsiyə verib, 392 müraciət üzrə araşdırmaları davam etdirir, 170 müraciəti aidiyyəti orqana göndərib, zəruri sənədlər təqdim edilmədiyi üçün 134 müraciətə baxılmasını dayandırılıb. Həmçinin, 32 müraciətdə qeyd edilmiş faktları aşkar etməyib, 23 müraciət üzrə aidiyyəti orqana üz tutmağı tövsiyə edib.
6 ay ərzində 169 min 286 manat istehlakçılara qaytarılıb, 15 min 80 manat dəymiş ziyan ödənilib.
Xəbər lenti
0