Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

© AFP 2023 / FREDERICK FLORINİmtahan, arxiv şəkli
İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.07.2022
Abunə olmaq
Müsahibədə iştirak etmək istəyən abituriyentlər 24 iyul saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin saytında qeydiyyatdan keçə bilərlər.
BAKI, 21 iyul — Sputnik. İslamşünaslıq ixtisasına qəbul olmaq üçün müsahibədə iştirak etmək istəyən abituriyentlər 24 iyul saat 23:59-dək Dövlət İmtahan Mərkəzinin (DİM) saytında Dini Psixoloji Komissiya (DPK) üzrə qeydiyyatdan keçə bilərlər.
DİM-dən bildirilib ki, abituriyentlər buraxılış vərəqələrini 25-27 iyulda çap edə biləcəklər. İslamşünaslıq ixtisası üzrə DPK Bakıda fəaliyyət göstərəcək. Müsahibələr DPK tərəfindən aparılacaq.
Müsahibədə III ixtisas qrupunu seçmiş və müsabiqə şərtlərinə əsasən ümumi balı 150, o cümlədən qəbul imtahanının II mərhələsi üzrə minimum 50 bal toplamış abituriyentlər iştirak edə bilərlər.
Müsahibədən məqbul qiymət almış abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində islamşünaslıq ixtisasını qeyd edə biləcəklər.
Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin islamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm təsəvvürləri, ənənəvi dəyərlərə sadiqlikləri, vəhdət anlayışına münasibətləri, dinin mənbələrinə münasibətləri, dini maariflənmə tələbatları, iman və dindarlığa münasibətləri, ibadət həyatları və dindarlığa münasibətləri yoxlanılır.
Müsahibədən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasını da seçə bilərlər.
Dini Psixoloji Komissiyaya ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər və DİM-in əməkdaşları daxil edilir.
III ixtisas qrupunun islamşünaslıq ixtisası üzrə müsabiqə abituriyentin qəbul imtahanında (iki mərhələnin nəticəsində) topladığı ümumi bal əsasında aparılır.
Xatırladaq ki, hazırda III ixtisas qrupu üzrə ümumi və qəbul imtahanının ikinci mərhələsinin 1 ci cəhdinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyənlər qeydiyyatdan keçə bilərlər, digər abituriyentlər həm ümumi, həm də 2-ci cəhddə müsabiqə şərtlərini ödədikləri halda ərizə təqdim edə biləcəklər (imtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq).
Xəbər lenti
0