https://sputnik.az/20220721/serqi-zengezur-qtisadi-rayonunda-bir-sayli-berpa-tikinti-ve-dareetme-xidmeti-yaradilib-444238758.html
Şərqi Zəngəzur İqtisadi Rayonunda bir saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradılıb
Şərqi Zəngəzur İqtisadi Rayonunda bir saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradılıb
Sputnik Azərbaycan
Xidmətin nizamnamə fondu beş yüz min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır 21.07.2022, Sputnik Azərbaycan
2022-07-21T19:09+0400
2022-07-21T19:09+0400
2022-07-21T19:09+0400
zəngəzur
cəmiyyət
iqtisadi
rayon
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434431511_0:62:2500:1468_1920x0_80_0_0_49a60d184f6b1a94689a8b2968978769.jpg
BAKI, 21 iyul — Sputnik. "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.Fərmanla "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi" təsdiq edilib.Müəyyən edilib ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır.Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.Xidmətin nizamnamə fondu beş yüz min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434431511_230:0:2270:1530_1920x0_80_0_0_d8270569631426bcce0a1fd19c33c9cb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
zəngəzur, iqtisadi, rayon
zəngəzur, iqtisadi, rayon
Şərqi Zəngəzur İqtisadi Rayonunda bir saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti yaradılıb
Xidmətin nizamnamə fondu beş yüz min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır
BAKI, 21 iyul — Sputnik. "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxs yaradılıb. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.
Fərmanla "Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi" təsdiq edilib.
Müəyyən edilib ki, Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonuna əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır.
Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir.
Xidmətin nizamnamə fondu beş yüz min manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.
Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.