CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Saxta torpaq sənədi hazırladılar - Cinayət işi başlanılıb

© Depositphotos.com / Ilfedesənəd
sənəd - Sputnik Azərbaycan, 1920, 21.07.2022
Abunə olmaq
Fakta görə vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə cinayət işi açılıb
BAKI, 21 iyul — Sputnik. Şirvanda saxta torpaq sənədi hazırlayan vəzifəli şəxslərə cinayət işi başlanılıb. Bu barədə Şirvan Şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, şəhər sakini İbrahiməjdər Həmidovun anasından miras qalmış torpaq sahəsi və evin qardaşı tərəfindən saxta sənədlər əsasında başqa şəxsə satılması ilə bağlı daxil olmuş müraciəti üzrə prokurorluqda araşdırma aparılıb.
Şirvan şəhər bələdiyyəsi və Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin əməkdaşlarının xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etmələrinə, həmçinin onların həqiqi məzmununu təhrif edən düzəlişlər edərək vəzifə saxtakarlığı etmələrinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
İş üzrə istintaq davam edir.
Xəbər lenti
0