DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Pakistanda musson yağışları qurbanlarının sayı 300-ə yaxınlaşır

© AFP 2023 / Mahmud HamsDaşqın zamanı xilasetmə işləri, arxiv şəkli
Daşqın zamanı xilasetmə işləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.07.2022
Abunə olmaq
Son beş həftə ərzində davam edən leysanlar nəticəsində 5600 evə ziyan dəyib.
BAKI, 21 iyul - Sputnik. Pakistanda musson yağışları və daşqınlar nəticəsində ölənlərin sayı getdikcə artır. Rusiya KİVlərinin xəbərinə görə, iyunun 14-dən bəri ölkədə baş verən musson yağışları və daşqınlar nəticəsində azı 282 nəfər ölüb.
Məlumata görə, ölənlərin əksəriyyəti qadınlar və uşaqlardır.
Agentliyin istinad etdiyi milli fəlakətlərin idarə edilməsi orqanının hesabatına görə, beş həftə davam edən leysanlar zamanı 5600 ev, körpü və magistral yollara ziyan dəyib.
Ən çox dağıntı və tələfat Bəlucistan əyalətində, Əfqanıstanla həmsərhəd Pəncab əyalətində və Sind əyalətində qeydə alınıb.
Xəbər lenti
0