Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neft və metallar Avropa Mərkəzi Bankının qərarını gözləyərək ucuzlaşıb

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidZavod, arxiv şəkli
Zavod, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.07.2022
Abunə olmaq
Treyderlər dünya Mərkəzi Banklarının əsas faiz dərəcələrinin artırılması ilə bağlı qərarlarını gözləyərək bazarlarda ehtiyatlı davranırlar. Bu vəziyyət xammal və metalların qiymətlərini aşağı salır.
BAKI, 21 iyul — Sputnik. Dünya neft qiymətləri 21 iyulda 1% səviyyəsində azalıb - investorlar saxlanılan iqtisadi risklər fonunda bu növ xammala olan tələbatın perspektivlərini qiymətləndirməyə davam edirlər.
"Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 0,78% azalaraq 1 barrel 106,15 dollar, "WTI" markalı neftin sentyabr fyuçersləri isə 0,92% azalaraq 98,96 dollar olub.
Treyderlər kotirovkaları saxlayan neft tələbatı ətrafında davam edən risklərdən ehtiyat edirlər. İnvestorlar qorxurlar ki, dünyadakı yüksək inflyasiya səbəbindən dünya mərkəzi bankları tərəfindən əsas faiz dərəcələrinin artırılması tələb ətrafında gözləntilər üçün mənfi olan resessiyaya səbəb ola bilər.
Cümə axşamı Avropa Mərkəzi Bankının (AMB) 2011-ci ildən bəri ilk dəfə faiz dərəcəsini qaldıracağı gözlənilir, növbəti həftə isə ABŞ Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini ardıcıl dördüncü dəfə qaldıra bilər.
Bazarlar həmçinin ABŞ-da həftəlik ehtiyatlar üzrə statistikasını qiymətləndirməyə davam edir. Treyderlər qeyd ediblər ki, ABŞ-ın benzin ehtiyatları 3,5 milyon barel artıb, yalnız 0,1 milyon barel artım proqnozlaşdırılıb. Eyni zamanda neft və distillələrin kommersiya ehtiyatları gözlənilmədən azalıb.
Qızılın qiyməti düşür
İyulun 21-i, cümə axşamı səhər saatlarında qızılın qiyməti troya unsiyası üçün 1700 dollardan aşağıdır.
Bakı vaxtı ilə saat 10:25-də Nyu-Yorkun "Comex" birjasında qızılın avqust fyuçerslərinin qiyməti 9,7 dollar və ya 0,57% azalaraq 1 troy unsiyası üçün 1690,5 dollar təşkil edib. Sentyabr gümüş fyuçersləri 0,74% ucuzlaşaraq unsiya üçün 18,53 dollar olub.
Treyderlərin diqqəti dünya Mərkəzi Banklarının əsas məzənnə üzrə siyasəti ətrafında cəmlənib.
Növbəti həftə ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) növbəti iclasının keçirilməsi planlaşdırılır. "CME Group"un məlumatına görə, analitiklərin 67%-i 75 baza bəndinə artımın 2,25-2,5%-ə, analitiklərin 33%-i isə 100 baza bəndinin birdən-birə 2,5-2,75%-ə qədər artacağını proqnozlaşdırır.
Qızıl ənənəvi olaraq dolları dəstəklədiyi üçün FED-in faiz artımına görə həssasdır və bunun nəticəsində qiymətli metal başqa valyutada alındıqda daha az sərfəli olur.
Mis ucuzlaşır
Çində koronavirusla bağlı vəziyyət və tənəzzül gözləntiləri fonunda tələb perspektivləri ətrafındakı narahatlıqlar üzündən misin qiyməti cümə axşamı aşağı düşür.
Bakı vaxtı ilə saat 10:15-də "Comex" birjasında misin sentyabr fyuçersləri 0,31% ucuzlaşaraq 1 funt sterlinq üçün 3,303 dollara (təxminən 0,45 kiloqram) düşüb.
"LME" London Metal Birjasında əvvəlki ticarətin nəticələrinə görə, üç ay ərzində çatdırılma ilə 1 ton misin dəyəri 1,38% artaraq 7378 dollara, alüminiumun qiyməti isə 1,72% artaraq 2430 dollara çatıb.
Bazarlar Çində koronavirusla bağlı vəziyyəti izləməyə davam edir, çünki bu sənaye metalının ən böyük istehlakçısıdır. İnvestorlar ölkədə karantin məhdudiyyətlərinin sərtləşdirilməsinin tələbata təsir edə biləcəyindən narahatdırlar.
Dünya Mərkəzi Banklarının yüksək inflyasiya səbəbindən əsas dərəcələri artırmaq istəyi fonunda treyderlər də dünyada mümkün resessiyadan ehtiyyat edirlər.
Rubl bahalaşır
Rusiya valyutası 21 iyul, cümə axşamı bahalaşmaqda davam edir. Belə ki, ABŞ valyutasının məzənnəsi əvvəlki sessiyanın nəticələrinə görə 55,43 rubla qarşı 54,84 rubla endirilib. Avronun məzənnəsi çərşənbə günü 56,44 rubla qarşı 55,82 rubla kimi ucuzlaşır.
Cümə axşamı Azərbaycan valyutasına nisbətdə rublun məzənnəsi 0,0301 manata qarşı 0,0310 rubl təşkil edib.
Xəbər lenti
0