Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Mühəndis-istehkamçıların peşəkarlıq səviyyəsi artırılır - VİDEO

© AR Ministry of DefenceMühəndis-istehkamçıların peşəkarlıq səviyyəsi artırılır
Mühəndis-istehkamçıların peşəkarlıq səviyyəsi artırılır - Sputnik Azərbaycan, 1920, 21.07.2022
Abunə olmaq
Mühəndis Qoşunlarında müntəzəm olaraq nəzəri və praktiki dərslər, məşğələlər keçirilir
BAKI, 21 iyul — Sputnik. 2022-ci ilin hazırlıq planına əsasən Mühəndis Qoşunlarında şəxsi heyətin peşəkarlıq səviyyəsinin daha da artırılması məqsədilə müntəzəm olaraq nəzəri və praktiki dərslər, məşğələlər keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Türkiyə Silahlı Qüvvələrinin mütəxəssislərinin də iştirakı ilə keçirilən dərslərdə hərbi qulluqçular xüsusi hazırlanmış mühəndis şəhərciyində minaaxtaranlar vasitəsilə minaların və partlamamış döyüş sursatlarının aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə bacarıqlarını təkmilləşdirirlər.
Məşğələlərin keçirilməsində əsas məqsəd hərbi qulluqçulara mühəndis-istehkam qurğularının taktiki-texniki xüsusiyyətləri və onlardan istifadə qaydalarının öyrədilməsi ilə şəxsi heyətin döyüş hazırlığının artırılmasından ibarətdir.
Xəbər lenti
0