https://sputnik.az/20220721/lham-eliyev-bolqaristanin-bas-nazirini-qebul-edir---yenilenecek-444233314.html
Ölkələrimiz arasında strateji tərəfdaşlıq əməkdaşlıq üçün yaxşı əsasdır - İlham Əliyev
Ölkələrimiz arasında strateji tərəfdaşlıq əməkdaşlıq üçün yaxşı əsasdır - İlham Əliyev
Sputnik Azərbaycan
Bolqarıstanın baş naziri bildirib ki, ehtiyac yarandığı zaman dostlar yenə də yan-yana olmalıdırlar - Bolqarıstan Azərbaycanın yanında olacaq. 21.07.2022, Sputnik Azərbaycan
2022-07-21T20:04+0400
2022-07-21T20:04+0400
2022-07-21T20:38+0400
bolqarıstan
siyasət
prezident ilham əliyev
görüş
https://cdnn1.img.sputnik.az/img/07e6/07/15/444244300_0:44:2441:1417_1920x0_80_0_0_35cf69997d236594610a6c5cc369821a.jpg
BAKI, 21 iyul — Sputnik. Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq əməkdaşlığımızın inkişaf etdirilməsi üçün həqiqətən yaxşı əsasdır. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yulun 21-də Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə geniş tərkibdə görüşü zamanı deyib.Dövlət başçısı bir neçə il əvvəl iki ölkə arasında Strateji Tərəfdaşlıq barədə Bəyannamənin imzalandığını xatırladıb:"Hesab edirəm ki, bu sənədi iqtisadi, sənayenin inkişafı, ticarət, enerji, daşımalar, turizm, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığımızın olduqca praktiki nəticələrinə çevirmək vaxtı artıq yetişib. Əlbəttə ki, biz əsasən enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik və bu müzakirəni davam etdirəcəyik.Prezident, eyni zamanda, coğrafi yerləşməni, Avropa və Azərbaycanın dəmir yolu sistemini birləşdirmək üçün qonşularımızla həyata keçirdiyimiz layihələri, Azərbaycandan keçən yüklərin artan həcmini nəzərə alsaq, daşımalar sahəsində böyük potensialın mövcud olduğunu dilə gətirib:Öz növbəsində Bolqarıstanın Baş naziri Kiril Petkov Azərbaycanın dövlət başçısı ilə şəxsən görüşmək imkanından məmnunluğunu ifadə edib:"Mən artıq qeyd etdim və bir daha söyləmək istəyirəm, dostlar o vaxt dost olur ki, problemləri həll edirlər. Masa arxasında olarkən hamı dostdur. Lakin problemi birgə həll etməyə gəldikdə, dostlar yenə də yan-yana olmalıdırlar. Qeyd etmək istəyirəm, ehtiyac yarandığı zaman Siz Bolqarıstanın yanında oldunuz. Bolqarıstan isə Sizin yanınızda olacaq. Enerji sektorunda və ondan başqa sahələrdə bir çox imkanları müzakirə etdik".Daha sonra Bolqarıstanın hökumət başçısı Prezident İlham Əliyevin yanaşmasını dəstəklədiyini vurğulayıb:***İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.***İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə geniş tərkibdə görüşü keçirilib.Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.***İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə təkbətək görüşü keçirilir. Prezident İlham Əliyev Baş nazir Kiril Petkovu qarşılayıb. Qeyd edək ki, Bolqarıstan mətbuatı ölkənin baş naziri Kiril Petkov Azərbaycan qazının nəqlinin artırılması ilə bağlı Prezident İlham Əliyevlə danışıqlar aparmaq üçün iyulun 21 və 22-də Azərbaycana səfərdə olacağı barədə xəbər yayıb.Bolqarıstan Azərbaycandan qaz alan 3 Aİ ölkəsindən biridir.Bundan əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, 2022-ci ildə Bolqarıstana qaz tədarükü 600 milyon kubmetr təşkil edəcək (2022-ci ilin birinci yarısı üçün - 160 milyon kubmetr).2021-ci ildə Azərbaycandan Bolqarıstana qaz tədarükü 280 milyon kubmetr təşkil edib.Azərbaycan qazının Avropaya - İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən Trans-Adriatik qaz boru kəməri vasitəsilə başlayıb.İnterkonnektorun olmaması səbəbindən Bolqarıstana tədarüklərin həcmi nəzərdə tutulduğundan bir neçə dəfə az - ildə 1 milyard kubmetr əvəzinə 250-300 milyon kubmetr olub.Yunanıstan-Bolqarıstan interkonnektoru 2022-ci ilin iyul ayından istifadəyə verilib ki, bu da Azərbaycandan Bolqarıstana qaz tədarükünü artırmağa imkan verir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/15/444244300_0:0:1889:1417_1920x0_80_0_0_49b8aa4dbae995dd069b0dd25e84bcf9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
bolqarıstan, prezident ilham əliyev, görüş
bolqarıstan, prezident ilham əliyev, görüş
Ölkələrimiz arasında strateji tərəfdaşlıq əməkdaşlıq üçün yaxşı əsasdır - İlham Əliyev
20:04 21.07.2022 (Yenilənib: 20:38 21.07.2022) Bolqarıstanın baş naziri bildirib ki, ehtiyac yarandığı zaman dostlar yenə də yan-yana olmalıdırlar - Bolqarıstan Azərbaycanın yanında olacaq.
BAKI, 21 iyul — Sputnik. Bolqarıstanla Azərbaycan arasında strateji tərəfdaşlıq əməkdaşlığımızın inkişaf etdirilməsi üçün həqiqətən yaxşı əsasdır. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yulun 21-də Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə geniş tərkibdə görüşü zamanı deyib.
Dövlət başçısı bir neçə il əvvəl iki ölkə arasında Strateji Tərəfdaşlıq barədə Bəyannamənin imzalandığını xatırladıb:
"Hesab edirəm ki, bu sənədi iqtisadi, sənayenin inkişafı, ticarət, enerji, daşımalar, turizm, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığımızın olduqca praktiki nəticələrinə çevirmək vaxtı artıq yetişib. Əlbəttə ki, biz əsasən enerji təhlükəsizliyi məsələlərini müzakirə etdik və bu müzakirəni davam etdirəcəyik.
Prezident, eyni zamanda, coğrafi yerləşməni, Avropa və Azərbaycanın dəmir yolu sistemini birləşdirmək üçün qonşularımızla həyata keçirdiyimiz layihələri, Azərbaycandan keçən yüklərin artan həcmini nəzərə alsaq, daşımalar sahəsində böyük potensialın mövcud olduğunu dilə gətirib:
"Yalnız bu ilin beş ayı ərzində Azərbaycandan tranzit 30 faizdən çox artmışdır. Hesab edirik ki, bu, yalnız başlanğıcdır, çünki burada potensial var. Bir sözlə, geniş əhatəli məsələlər müzakirə edildi. Biz cənab Baş nazirlə artıq uzun müddətdir ki, bir-birimizi telefonla tanıyırıq. İndi isə artıq şəxsən tanış olduq. Sizi görməyimə çox şadam və Sizə Bakıda xoş səfər arzulayıram".
Öz növbəsində Bolqarıstanın Baş naziri Kiril Petkov Azərbaycanın dövlət başçısı ilə şəxsən görüşmək imkanından məmnunluğunu ifadə edib:
"Mən artıq qeyd etdim və bir daha söyləmək istəyirəm, dostlar o vaxt dost olur ki, problemləri həll edirlər. Masa arxasında olarkən hamı dostdur. Lakin problemi birgə həll etməyə gəldikdə, dostlar yenə də yan-yana olmalıdırlar. Qeyd etmək istəyirəm, ehtiyac yarandığı zaman Siz Bolqarıstanın yanında oldunuz. Bolqarıstan isə Sizin yanınızda olacaq. Enerji sektorunda və ondan başqa sahələrdə bir çox imkanları müzakirə etdik".
Daha sonra Bolqarıstanın hökumət başçısı Prezident İlham Əliyevin yanaşmasını dəstəklədiyini vurğulayıb:
"Biz Strateji Tərəfdaşlıq sənədini imzaladıq, müzakirələr apardıq, indi isə onları reallığa çevirməliyik. Hökumətimiz indiki tərkibdə gələn bir neçə həftə ərzində, ola bilsin, qalacaq. Lakin qərarlar var və biz tam əminik ki, növbəti hökumət də bizim hökumət olacaq. Biz belə nəticəyə gəldik ki, texnologiya, logistika, Avropaya ixrac, enerji daşıyıcılarının paylanması kimi sahələrdə bir çox işlər görülə bilər".
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə birgə işçi şam yeməyi olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə geniş tərkibdə görüşü keçirilib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Baş naziri Kiril Petkov ilə təkbətək görüşü keçirilir. Prezident İlham Əliyev Baş nazir Kiril Petkovu qarşılayıb.
Qeyd edək ki, Bolqarıstan mətbuatı ölkənin baş naziri Kiril Petkov Azərbaycan qazının nəqlinin artırılması ilə bağlı Prezident İlham Əliyevlə danışıqlar aparmaq üçün iyulun 21 və 22-də Azərbaycana səfərdə olacağı barədə xəbər yayıb.
Bolqarıstan Azərbaycandan qaz alan 3 Aİ ölkəsindən biridir.
Bundan əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib ki, 2022-ci ildə Bolqarıstana qaz tədarükü 600 milyon kubmetr təşkil edəcək (2022-ci ilin birinci yarısı üçün - 160 milyon kubmetr).
2021-ci ildə Azərbaycandan Bolqarıstana qaz tədarükü 280 milyon kubmetr təşkil edib.
Azərbaycan qazının Avropaya - İtaliya, Yunanıstan və Bolqarıstana tədarükü 2020-ci il dekabrın 31-dən Trans-Adriatik qaz boru kəməri vasitəsilə başlayıb.
İnterkonnektorun olmaması səbəbindən Bolqarıstana tədarüklərin həcmi nəzərdə tutulduğundan bir neçə dəfə az - ildə 1 milyard kubmetr əvəzinə 250-300 milyon kubmetr olub.
Yunanıstan-Bolqarıstan interkonnektoru 2022-ci ilin iyul ayından istifadəyə verilib ki, bu da Azərbaycandan Bolqarıstana qaz tədarükünü artırmağa imkan verir.