Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Külək güclənəcək

© Sputnik / Rahim MammadovMingəçevirədə küləyin fəsadları
Mingəçevirədə küləyin fəsadları - Sputnik Azərbaycan, 1920, 21.07.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Sabahın hava proqnozu açıqlanıb. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq
BAKI, 21 iyul — Sputnik. Bakıda və Abşeron yarımadasında iyulun 22-də hava şəraiti yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65% olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Xəbər lenti
0