DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Draupadi Murmu Hindistanın prezidenti seçilib

© AFP 2024 / PUNIT PARANJPEHindistan bayrağı, arxiv şəkli
Hindistan bayrağı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.07.2022
Abunə olmaq
Murmu karyerasına müəllim kimi başlayıb, sonradan Ticarət və Nəqliyyat, Balıqçılıq və Heyvandarlıq Departamentlərində nazir, daha sonra isə qubernatoru kimi çalışıb.
BAKI, 21 iyul - Sputnik. Hindistanın hakim Milli Demokratik Alyansının namizədi Draupadi Murmu prezident seçilib. Bu barədə 18 iyul prezident seçkilərində seçici səslərini hesablayan hesablama komissiyasının cümə axşamı yaydığı hesabatda deyilir.
"Prezident seçkilərində səslərin hesablanmasının nəticələrinə görə, Draupadi Murmu Yaşvant Sinhanın topladığı 36 faizə qarşı 64 faiz səs topladı və Hindistan Respublikasının on beşinci prezidenti seçildi", - deyə məlumatda bildirilir.
Hindistan prezidenti beş il müddətinə ölkə parlamentinin hər iki palatasının üzvlərindən və bütün ştatların qanunvericilik məclislərinin üzvlərindən ibarət Seçicilər Kollegiyasının üzvləri tərəfindən seçilir.
Seçkilər proporsional seçki sisteminə uyğun olaraq gizli səsvermə yolu ilə keçirilir.
Hindistanın 776 deputatından 748-i və Hindistanın əyalət qanunverici orqanının 4033-ü seçkilərdə iştirak edib, səslərin sayı bu qruplar arasında demək olar ki, bərabər bölünüb.
Hər bölgədə əhalinin sayı və mərkəzi və regional parlamentlər arasında status fərqinə görə, nəticələr hesablanarkən deputatların səsləri müəyyən düsturla hesablanan fərqli çəkiyə malikdir.
Nəticədə builki seçkilərdə əmsallar nəzərə alınmaqla səslərin ümumi sayı 1 milyondan bir qədər artıqdır.
Hindistan Prezidenti dövlət başçısı və ölkənin silahlı qüvvələrinin ali komandanıdır. Formal olaraq Hindistan konstitusiyası prezidentin ölkənin idarə olunmasında mühüm rol oynamasına icazə verir, lakin reallıqda o, əsasən nümayəndəlik funksiyalarını yerinə yetirir, ölkəyə isə hökumət başçısı rəhbərlik edir.
PREZİDENT DRAUPADI MURMU
1958-ci ildə Odişa ştatının Santal əyalətində anadan olan Draupadi Murmu Hindistanın ikinci qadın prezidenti (2007-ci ildə prezident olmuş Pratibha Patildən sonra) və ölkə tarixində qəbilə xalqlarından çıxmış ilk qadın dövlət başçısıdır.
Murmu 1997-ci ildə Odişa əyalətində siyasətə girməzdən əvvəl karyerasına müəllim kimi başlayıb. 2000-2004-cü illərdə Murmu Odişadakı koalisiya hökumətində - əvvəlcə Ticarət və Nəqliyyat Departamentində, sonra isə Balıqçılıq və Heyvandarlıq Departamentində nazir vəzifəsində çalışıb. 2015-ci ildə isə Draupadi Murmu Carxand ilk qadın qubernatoru kimi and içib.
Xəbər lenti
0