CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir sıra rayonlara qaz verilməsində fasilə yaranacaq

© AFP 2023 / ANDREI PUNGOVSCHIqaz
qaz  - Sputnik Azərbaycan, 1920, 21.07.2022
Abunə olmaq
Məqsəd magistral qaz kəmərində baş vermiş yüksək riskli qaz sızmasının ləğvi ilə bağlı təcili və təxirəsalınmaz təmir-bərpa işlərinin aparılmasıdır
BAKI, 21 iyul — Sputnik. Bu gün bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz" İstehsalat Birliyindən verilən məlumata görə, "Qaz İxrac" İdarəsinə məxsus "Yevlax-Şəki-Balakən" yüksək təzyiqli magistral qaz kəmərində baş vermiş yüksək riskli qaz sızmasının ləğvi ilə bağlı təcili və təxirəsalınmaz təmir-bərpa işlərinin aparılması məqsədilə, 21.07.2022-ci il tarixdə saat 11:00-dan etibarən təmir işləri başa çatanadək "Oğuz" QPS-dən qidalanan "Turan qəsəbəsi" ölçü qovşağından və "Yaqublu" QPS-dən qidalanan "Oğuz (Yaqublu)" ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir müddətində Oğuz rayonu tam olaraq, Şəki rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.
Təmir işlərinin gedişatından asılı olaraq Şəki, Qax, Zaqatala və Balakən rayonlarının qaz təchizatında da məhdudiyyətin yaranma ehtimalı var.
Xəbər lenti
0