https://sputnik.az/20220721/bayden-koronavirusa-yoluxub---ag-ev-444243291.html
Bayden koronavirusa yoluxub - Ağ Ev
Bayden koronavirusa yoluxub - Ağ Ev
Sputnik Azərbaycan
ABŞ lideri keçən həftə Massaçusetsə ictimaiyyət qarşısında çıxış etmək üçün getməzdən bir gün əvvəl İsrail və Səudiyyə Ərəbistanına səfər edib. 21.07.2022, Sputnik Azərbaycan
2022-07-21T18:47+0400
2022-07-21T18:47+0400
2022-07-21T18:47+0400
dünya xəbərləri
co bayden
koronavirus
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443955448_0:0:3071:1728_1920x0_80_0_0_f1ced17f00ca05b9c785fcbf4dde4a19.jpg
BAKI, 21 iyul - Sputnik. ABŞ prezidenti Co Baydenin koronavirus üçün verdiyi testin nəticəsi müsbət çıxıb. Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.Onun sözlərinə görə, hazırda ABŞ dövlət başçısında yüngül simptomlar müşahidə olunur və o məsafədən işləyir.O qeyd edib ki, prezident tam peyvənd olunub, ona iki dəfə əlavə doza peyvənd də vurulub və "çox yüngül simptomlar yaşayır".Jan-Pyerin sözlərinə görə, Bayden testin nəticləri mənfi olanaq qədər məsafədən işləyəcək.Qeyd olunur ki, bu, Baydenin koronavirus üçün verdiyi testin nəticəsinin müsbət çıxdığı ilk haldır.Jean-Pyer onu da qeyd edib ki, Baydenin çərşənbə axşamı və əvvəlki testlərinin cavabı mənfi nəticə göstərib. O hıəmçinin bildirib ki, Bayden vəzifələrini tam yerinə yetirəcək və Ağ Ev bu barədə gündəlik hesabat təqdim edəcək.ABŞ prezidenti keçən həftə Massaçusetsə ictimaiyyət qarşısında çıxış etmək üçün getməzdən bir gün əvvəl İsrail və Səudiyyə Ərəbistanına səfər edib.Bildirilir ki, Baydenin köməkçiləri Yaxın Şərqə səfəri zamanı ona koronavirusun qarşısını almaq üçün əl sıxmamaq üçün xəbərdarlıq ediblər, lakin ABŞ prezidenti yenə də vaxtaşırı görüşdüyü rəsmilərin əlini sıxıb.Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Kamala Harris və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi koronavirusa yoluxmuşdu. İnkubasiya dövründə onlarla ünsiyyət qurmasına baxmayaraq, Bayden infeksiyadan yayına bilmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443955448_0:0:2731:2048_1920x0_80_0_0_601be615eb8cf3bff49c1c1e6ddaffd8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
co bayden, koronavirus
Bayden koronavirusa yoluxub - Ağ Ev
ABŞ lideri keçən həftə Massaçusetsə ictimaiyyət qarşısında çıxış etmək üçün getməzdən bir gün əvvəl İsrail və Səudiyyə Ərəbistanına səfər edib.
BAKI, 21 iyul - Sputnik. ABŞ prezidenti Co Baydenin koronavirus üçün verdiyi testin nəticəsi müsbət çıxıb. Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
Onun sözlərinə görə, hazırda ABŞ dövlət başçısında yüngül simptomlar müşahidə olunur və o məsafədən işləyir.
O qeyd edib ki, prezident tam peyvənd olunub, ona iki dəfə əlavə doza peyvənd də vurulub və "çox yüngül simptomlar yaşayır".
Jan-Pyerin sözlərinə görə, Bayden testin nəticləri mənfi olanaq qədər məsafədən işləyəcək.
Qeyd olunur ki, bu, Baydenin koronavirus üçün verdiyi testin nəticəsinin müsbət çıxdığı ilk haldır.
Jean-Pyer onu da qeyd edib ki, Baydenin çərşənbə axşamı və əvvəlki testlərinin cavabı mənfi nəticə göstərib. O hıəmçinin bildirib ki, Bayden vəzifələrini tam yerinə yetirəcək və Ağ Ev bu barədə gündəlik hesabat təqdim edəcək.
ABŞ prezidenti keçən həftə Massaçusetsə ictimaiyyət qarşısında çıxış etmək üçün getməzdən bir gün əvvəl İsrail və Səudiyyə Ərəbistanına səfər edib.
Bildirilir ki, Baydenin köməkçiləri Yaxın Şərqə səfəri zamanı ona koronavirusun qarşısını almaq üçün əl sıxmamaq üçün xəbərdarlıq ediblər, lakin ABŞ prezidenti yenə də vaxtaşırı görüşdüyü rəsmilərin əlini sıxıb.
Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Kamala Harris və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi koronavirusa yoluxmuşdu. İnkubasiya dövründə onlarla ünsiyyət qurmasına baxmayaraq, Bayden infeksiyadan yayına bilmişdi.