DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Bayden ikinci müddətin sonuna qədər yaşamaya bilər? – Həkimlər nə deyir

© AP Photo / Evan VucciABŞ prezidenti Co Bayden
ABŞ prezidenti Co Bayden - Sputnik Azərbaycan, 1920, 21.07.2022
Abunə olmaq
Mütəxəssislər bildirir ki, prezident demensiya ilə fəal mübarizə aparır, lakin onun tərəfdaşları üçün bunu gizlətmək getdikcə çətinləşir.
BAKI, 21 iyul — Sputnik. ABŞ prezidenti Co Bayden ikinci müddətə prezident seçildiyi halda onun başa çatmasına qədər yaşaya bilməz. Bunu amerikalı həkim K. C. Baker American Thinker mühafizəkar nəşrinə bildirib.
Co Bayden 20 noyabr 1942-ci ildə anadan olub. 2024-cü ildə yenidən seçilərsə, ikinci inauqurasiya zamanı 82 yaş iki aylıq olacaq. İkinci müddətinin sonunda Bayden 86 yaş iki aylıq olacaq.
ABŞ Sosial Müdafiə Xidmətinin məlumatına görə, 79 yaşına çatan orta amerikalı kişinin ümumi ömür uzunluğu 87,82 olarsa, daha 8,82 il yaşaya bilər. Bununla belə, Beyker, Baydendə vəziyyətin daha da pis olduğunu bildirir. Prezident demensiya ilə fəal mübarizə aparır və onun tərəfdaşları üçün bunu gizlətmək getdikcə çətinləşir. British Medical Journal-da dərc olunan son araşdırma, belə bir diaqnozdan sonra orta sağ qalmanın bütün xəstələr üçün 4,5 il, kişilər üçün isə 4,1 il olduğunu göstərib.
"Co Baydenə demensiya "diaqnozunu" sanki yeni başlamış kimi qoyaq. O, yəqin ki, prezident kimi ikinci müddətinin ortalarında öləcək", - deyə həkim sözünü yekunlaşdırıb.
Demensiya - sonradan qazanılmış zəif zehni fəaliyyət, əvvəllər əldə edilmiş bilik və praktiki bacarıqların müəyyən dərəcədə itirilməsi ilə idrak fəaliyyətinin davamlı azalmasıdır. Çox vaxt bu vəziyyət qocalıqda baş verir. Dünyada hər il, təxminən, 10 milyon yeni demensiya halı qeydə alınır.
Çərşənbə günü Co Bayden ətraf mühitin çirklənməsinin təsiri nəticəsində xərçəng xəstəliyinə tutulduğunu söyləyib. Daha sonra Ağ Evin mətbuat xidməti aydınlaşdırıb ki, dövlət başçısı vəzifəyə başlamazdan əvvəl keçdiyi dəri xərçənginin müalicəsindən bəhs edir.
Bundan əvvəl The Wall Street Journal bəyan etmişdi ki, Bayden seçki kampaniyasında iştirak etmək qərarına yenidən baxmalıdır, çünki qaçılmaz yaş dəyişiklikləri onun prezident kimi fəaliyyət göstərmək qabiliyyətinə təsir edəcək.
Bu il 80 yaşı tamam olan Co Bayden ABŞ tarixinin ən yaşlı prezidentidir. Tənqidçilər onu tez-tez boşboğazlıq və düşüncə qabiliyyətini itirdiyi halları əsas gətirərək müntəzəm olaraq zehni geriləmədə günahlandırırlar.
Qeyd edək ki, Bu gün ABŞ prezidenti Co Baydenin koronavirus üçün verdiyi testin nəticəsi müsbət çıxıb. Bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.
Onun sözlərinə görə, hazırda ABŞ dövlət başçısında yüngül simptomlar müşahidə olunur və o məsafədən işləyir.
O qeyd edib ki, prezident tam peyvənd olunub, ona iki dəfə əlavə doza peyvənd də vurulub və "çox yüngül simptomlar yaşayır".
Jan-Pyerin sözlərinə görə, Bayden testin nəticləri mənfi olanaq qədər məsafədən işləyəcək.
Xəbər lenti
0