Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Türkiyə ilə quru sərhədləri açdı - Detallar

© Sputnik / Алексей Куденко / Fotobanka keçməkAzərbaycan sərhədçisi, arxiv şəkli
Azərbaycan sərhədçisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.07.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Dövlət Sərhəd Xidməti Türkiyənin Azərbaycandakı səfirliyinin məlumatını şərh edib.
BAKI, 21 iyul — Sputnik. Türkiyə vətəndaşları Azərbaycanın quru sərhədlərindən ölkəni tərk etmək üçün istifadə edə bilərlər. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Ancaq sentyabrın 1-dək Türkiyə vətəndaşları quru sərhədindən Azərbaycana daxil ola bilməzlər.
Pasportlarının müddəti bitən Türkiyə vətəndaşları isə yeni nəsil şəxsiyyət vəsiqəsi ilə də hava yolları vasitəsi ilə Azərbaycandan Türkiyəyə geri dönə bilərlər.
Dövlət Sərhəd Xidmətindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, Nazirlər Kabinetinin Operativ Qərargahının müvafiq qərarına əsasən əcnəbi ölkə vətəndaşlarının Azərbaycan Respublikasından çıxışına məhdudiyyət qoyulmayıb.
Xəbər lenti
0