Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Təhlükə qapıdadır: Apteklərdə maska və spirtə təlabat niyə artıb?

© Sputnik / Murad OrujovBakıda aptek, arxiv şəkli
Bakıda aptek, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 20.07.2022
Abunə olmaq
Ölkəmizdə 5 milyon tibbi maska, 10 milyonluq isə xammal ehtiyatımız var.
BAKI, 20 iyul — Sputnik. Artıq dünyanın bir sıra ölkələrində qapalı məkanlarda tibbi maskadan istifadəyə başlanılıb. Ölkəmizdə də artıq dövlət tədbirlərində tibbi maska taxılır. Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ" və İsveçrə "Sürix"i arasında keçiriləcək ilk oyundan sonra mətbuat konfransına giriş üçün maska tələbi qoyulub. "Qarabağ"ın rəsmi səhifəsində yayılan məlumatda qeyd edilib ki, UEFA-nın tələbinə əsasən, matçdan sonra keçiriləcək mətbuat konfransında iştirak edəcək media nümayəndələrinin FFP-2 tipli (N95) maskalardan istifadə etmələri məcburidir.
Bu günlərdə isə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi əhalini qapalı məkanlarda tibbi maskadan istifadəyə səsləyib.
Bəs görəsən bu ölkəmizdə tibbi maskaya və koronavirusdan qorunmaq üçün digər gigiyenik vasitələrə təlabatı artırıbmı?
Sputnik Azərbaycan bu suala cavab tapmaq üçün apteklərdə müşahidə aparıb. Səhər saatlarında bir neçə aptekdə olsaq da, tibbi maska və spirt alana rast gəlmədik.
© Sputnik / Zulfiyya GuluyevaTibbi maska satışı
Tibbi maska - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Tibbi maska satışı
Bayıl qəsəbəsində yerləşən "Vita" aptekdə əczazçı bildirdi ki, son günlər tibbi maskaya təlabatda ciddi artım yoxdur. Satıcı qapalı məkanlara tibbi maska tələbi ləğv edildikdən sonra tək-tək adamın maska aldığını söylədi. Onun sözlərinə görə, üç qatlı tibbi maska hazırda 20 qəpikdir. Respirator maska isə 1 manat 20- 1 manat 50 qəpik çivarında dəyişir.
"Olive" aptekdə isə satıcı son günlər qismən də olsa tibbi maska satışının artdığını söylədi. Aygün Məmmədova adlı satıcı bildirdi ki, indi gündə 25-30 ədəd maska satılır.
Apteklərdən spirtə təlabatın da hələki artmadığını söylədilər. Bildirdilər ki, hələki nə tibbi maskanın, nədəki spirtin qiyməti bahalaşmayıb: "Tibbi maska 20 qəpikdir. Spirt isə 70 qəpiyə satılır. Hələki qiyməti bahalaşmayıb".
Həmsöhbət olduğumuz aptek işçiləri maskaya təlabat yaranarsa daha çox maska sifariş edəcəklərini söylədilər.
"Bakı Tekstil Fabriki" MMC-nin direktoru Səkinə Babayeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə 5 milyon tibbi maska ehtiyatı var: " 10 milyonluq isə xammal ehtiyatımız var. Günlük 600 min ədəd tibbi maska istehsal edilir".
S. Babayeva qeyd edib ki, qapalı məkanlarda tibbi maska ilə bağlı tələb qüvvədən düşdükdən sonra istehsal sahəsində dəyişikliklər edilib: "Tibbi maska strateji məhsul olduğundan, müəssisəmiz tibbi maska istehsalı üçün iki istehsal xətini saxlayıb. Hər istehsalı xətti günlük 150 min tibbi maska istehsal edir. Bu da 300 min tibbi maska deməkdir. Dünyada müxtəlif viruslar peyda olur. Bütün bunlara müəssisəmiz hazırlıqlıdır".
© Sputnik / Zulfiyya GuluyevaTibbi spirt
Tibbi spirt - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Tibbi spirt
S. Babayeva deyib ki, pandemiya dövründə müəssisədə tibbi maska istehsal edən 6 xətt fəaliyyət göstərib: "Biz həmin xətlərdən ikisini saxlayıb digər dörd xətti isə yeni məhsula çevirməyi düşünürük. Yaxın günlərdə bunun hansı məhsul olduğu barədə ictimaiyyətə açıqlama verəcəyik".
Babayeva əlavə edib ki, dünyanın hər yerində tibbi maska istehsalı azalıb.S. Babayeva deyib ki, pandemiya dövründə müəssisədə tibbi maska istehsal edən 6 xətt fəaliyyət göstərib.
Dövlət Statistika Komitəsindən sorğumuza cavabda bildirildi ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il maska istehsalı 120,9 % artıb. 01.07.2022-ci il vəziyyətinə Azərbaycanda hazır məhsul ehtiyatı 6,2 milyondur.
Azərbaycan Tibb Universitetinin Pulmonologiya şöbəsinin həkimi Günel Sadıqova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yoluxma dinamikasına uyğun olaraq tibbi maska ilə bağlı qərar verilə bilər: "Koronavirusla bağlı tətbiq edilmiş bütün məhdudiyyətlərin götürülməsi yoluxma riskini artırır. İnsanlar əvvəlki kimi qorunma qaydalarına əməl etmirlər. Bu isə ölkəmizdə son günlər yoluxma dinamikasını artırıb. Biz tibbi maskadan istifadə edəriksə virusa yoluxmadan qismən də olsa qoruna bilərik".
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun BA.5 altvariantı yayılmaqda davam edəcəyini açıqlayıb. Bildirib ki, BA.5-in yüksək transmissivliyi daha yüksək daxili artım sürəti və əlavə xüsusiyyətlərlə şərtlənir: "BA.4/BA.5-in səbəb olduğu infeksiya dalğası gözləyirik. Ümumilikdə, bu virusun alttipləri haqqında məlumatın olmaması ÜST-nin bu virusu izləmək və ölkələrə ən yaxşı cavab tədbirləri barədə məsləhət vermək qabiliyyətini sual altında qoyur".
Xatırladaq ki, bir müddət öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi əhalini koronavirusa qarşı buster doza ilə vaksin olmağa səsləyib.
Xəbər lenti
0