https://sputnik.az/20220720/qarabag-movzusunda-elan-olunmus-musabiqeye-ssenari-qebulu-basa-catib-444194590.html
Qarabağ mövzusunda elan olunmuş müsabiqəyə ssenari qəbulu başa çatıb
Qarabağ mövzusunda elan olunmuş müsabiqəyə ssenari qəbulu başa çatıb
Sputnik Azərbaycan
Müsabiqənin qaliblərinə müvafiq olaraq 10.000, 8.000 və 5.000 manat məbləğində mükafat veriləcək 20.07.2022, Sputnik Azərbaycan
2022-07-20T14:14+0400
2022-07-20T14:14+0400
2022-07-20T18:02+0400
mədəniyyət
qarabağ
film
müsabiqə
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426708889_0:156:3072:1884_1920x0_80_0_0_972344872a4ccd2acd90c7075617f019.jpg
BAKI, 20 iyul — Sputnik. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "AZƏRBAYCANFİLM - 100" adlı ssenari müsabiqəsinin qəbul mərhələsi başa çatdı. "Azərbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, kinostudiyanın 100 illiyi münasibəti ilə elan olunan müsabiqə "Qarabağ" mövzusunda keçirilir. İyun ayının 1-dən başlayan sənəd qəbulu iyulun 15-də yekunlaşıb.Tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.Qeyd edək ki, müsabiqəyə 60 müraciət daxil olub. Bu müraciətlərdən 7-si reqlamentə uyğun olmadığı üçün qəbul olunmayıb. Digər 53 ssenari isə Ekspert Şurasının müzakirəsinə həvalə olunub.Ekspert Şurasının sədri kinorejissor və kinoşünas Ayaz Salayevdir. Xalq artisti Mehriban Zəki, Əməkdar incəsənət xadimi Əli Əmirli, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İman isə Şuraya üzvdür.Qalibləri kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək. Ssenarilərin oxunması prosesi davam edir. Ekspert Şurasının artıq ilk müzakirəsi keçirilib. Müsabiqənin qaliblərinə müvafiq olaraq 10.000, 8.000 və 5.000 manat məbləğində mükafat veriləcək.Qaliblərin adları 2022-ci il avqust ayının 2-də Azərbaycan Kinosu Günündə elan olunacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/0f/426708889_341:0:3072:2048_1920x0_80_0_0_81fe8e8e6b318c9df9ced79923f007c2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, film, müsabiqə
Qarabağ mövzusunda elan olunmuş müsabiqəyə ssenari qəbulu başa çatıb
14:14 20.07.2022 (Yenilənib: 18:02 20.07.2022) Müsabiqənin qaliblərinə müvafiq olaraq 10.000, 8.000 və 5.000 manat məbləğində mükafat veriləcək
BAKI, 20 iyul — Sputnik. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının "AZƏRBAYCANFİLM - 100" adlı ssenari müsabiqəsinin qəbul mərhələsi başa çatdı. "Azərbaycanfilm" kinostudiyasından verilən xəbərə görə, kinostudiyanın 100 illiyi münasibəti ilə elan olunan müsabiqə "Qarabağ" mövzusunda keçirilir. İyun ayının 1-dən başlayan sənəd qəbulu iyulun 15-də yekunlaşıb.
Tammetrajlı bədii film ssenarisi kateqoriyasında keçirilən müsabiqənin məqsədi kinematoqrafiya sahəsində çalışan yaradıcı şəxslərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etmək və kinostudiyanın ssenari portfelini formalaşdırmaqdır.
Qeyd edək ki, müsabiqəyə 60 müraciət daxil olub. Bu müraciətlərdən 7-si reqlamentə uyğun olmadığı üçün qəbul olunmayıb. Digər 53 ssenari isə Ekspert Şurasının müzakirəsinə həvalə olunub.
Ekspert Şurasının sədri kinorejissor və kinoşünas Ayaz Salayevdir. Xalq artisti Mehriban Zəki, Əməkdar incəsənət xadimi Əli Əmirli, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İman isə Şuraya üzvdür.
Qalibləri kinostudiya nəzdində yaradılmış Ekspert Şurası müəyyən edəcək. Ssenarilərin oxunması prosesi davam edir. Ekspert Şurasının artıq ilk müzakirəsi keçirilib. Müsabiqənin qaliblərinə müvafiq olaraq 10.000, 8.000 və 5.000 manat məbləğində mükafat veriləcək.
Qaliblərin adları 2022-ci il avqust ayının 2-də Azərbaycan Kinosu Günündə elan olunacaq.