https://sputnik.az/20220720/putin-ve-erdogan-tehranda-qarabag-meselesini-muzakire-edibler-444182877.html
Putin və Ərdoğan Tehranda Qarabağ məsələsini müzakirə ediblər
Putin və Ərdoğan Tehranda Qarabağ məsələsini müzakirə ediblər
Sputnik Azərbaycan
Rusiya Prezidenti Vladimir Putin Tehranda Astana qarant ölkələrinin zirvə görüşündən sonra keçirilən mətbuat konfransında deyib ki, onların baxış bucağında... 20.07.2022, Sputnik Azərbaycan
2022-07-20T09:57+0400
2022-07-20T09:57+0400
2022-07-20T09:57+0400
siyasət
putin
ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444180732_0:322:3068:2048_1920x0_80_0_0_984cab855f792f7838c64652b4bbce7f.jpg
BAKI, 20 iyul - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Qarabağ məsələsini müzakirə ediblər.Bunu Rusiya Prezidenti Vladimir Putin Tehranda Astana qarant ölkələrinin zirvə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.Putin bildirib ki, onların baxış bucağında digər vacib məsələ - Qarabağdır.Xatırladaq ki, iyulun 19-u Tehranda keçirilən Astana sammitində İran, Rusiya və Türkiyə prezidentləri Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər.Sammitdə dövlət başçıları beynəlxalq və regional hadisələri nəzərdən keçirib, Suriya böhranının sülh yolu ilə həllində Astana prosesinin aparıcı rolununu vurğulayıblar. Sammitdə 3 ölkə prezidenti terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildirdilər.İran, Rusiya və Türkiyə prezidentləri Suriyanın suverenliyini və ərazi bütövlüyünü zəiflətməyə yönəlmiş separatçılara qarşı mübarizədə əzmkar olacaqlarını vurğuladılar. Onlar Suriyanın şimalındakı vəziyyəti dəyərləndirərək qeyd ediblər ki, regionda təhlükəsizlik və sabitliyə nail olmaq ancaq Suriyanın suverenliyi və ərazi bütövlüyü ilə mümkündür.Dövlət başçıları bütün terrorçu qruplaşmaları məhv etmək üçün mövcud əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bir daha vurğuladılar. Həmçinin beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki əhalinin və mülki infrastrukturun qorunmasını tələb etdilər.Sammitin sonunda yayımlanan bəyanda qeyd olunur ki, 3 ölkə humanitar vəziyyətin normallaşması üçün daha çox səy göstərməyə razılaşıb. İran, Rusiya və Türkiyə prezidentləri Suriyadakı humanitar şəraitdən və beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olan bütün birtərəfli sanksiyalardan dərin narahatlığını ifadə etdi, ayrıseçkilik tədbirlərini qəbuledilməz adlandırdılar. Sammitdə Suriya münaqişəsinin hərbi həllinin olmadığı, yalnız BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq BMT-nin yardımı ilə siyasi yolla həll edilə biləcəyi qeyd olunub.Astana prosesində müvafiq işçi qrupu çərçivəsində dustaqların/girovların qarşılıqlı azad edilməsi əməliyyatını davam etdirmək, qaçqın və məcburi köçkünləri geri qayıtmaq və onlara dəstək olmağın zərurəti vurğulanıb.3 ölkənin prezidentləri sammitdə həmçinin Suriya məsələsi ilə yanaşı, birgə siyasi və iqtisadi əməkdaşlığı artırmaq üçün müxtəlif sahələrdə üçtərəfli koordinasiyanı gücləndirmək əzmində olduqlarını açıqladılar.
https://sputnik.az/20220720/putin-ukrayna-taxilinin-ixracini-asanlasdirmaqla-bagli-sertini-aciqlayib-444182423.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444180732_337:0:3068:2048_1920x0_80_0_0_d63cd5556b687644493cc9fa0693d6bb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
putin, ərdoğan
Putin və Ərdoğan Tehranda Qarabağ məsələsini müzakirə ediblər
Rusiya Prezidenti Vladimir Putin Tehranda Astana qarant ölkələrinin zirvə görüşündən sonra keçirilən mətbuat konfransında deyib ki, onların baxış bucağında digər vacib məsələ - Qarabağdır.
BAKI, 20 iyul - Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Qarabağ məsələsini müzakirə ediblər.
Bunu Rusiya Prezidenti Vladimir Putin Tehranda Astana qarant ölkələrinin zirvə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Putin bildirib ki, onların baxış bucağında digər vacib məsələ - Qarabağdır.
Xatırladaq ki, iyulun 19-u Tehranda keçirilən Astana sammitində İran, Rusiya və Türkiyə prezidentləri Suriyadakı mövcud vəziyyəti müzakirə ediblər.
Sammitdə dövlət başçıları beynəlxalq və regional hadisələri nəzərdən keçirib, Suriya böhranının sülh yolu ilə həllində Astana prosesinin aparıcı rolununu vurğulayıblar. Sammitdə 3 ölkə prezidenti terrorizmin bütün forma və təzahürlərinə qarşı mübarizədə əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bildirdilər.
İran, Rusiya və Türkiyə prezidentləri Suriyanın suverenliyini və ərazi bütövlüyünü zəiflətməyə yönəlmiş separatçılara qarşı mübarizədə əzmkar olacaqlarını vurğuladılar. Onlar Suriyanın şimalındakı vəziyyəti dəyərləndirərək qeyd ediblər ki, regionda təhlükəsizlik və sabitliyə nail olmaq ancaq Suriyanın suverenliyi və ərazi bütövlüyü ilə mümkündür.
Dövlət başçıları bütün terrorçu qruplaşmaları məhv etmək üçün mövcud əməkdaşlığı davam etdirmək əzmində olduqlarını bir daha vurğuladılar. Həmçinin beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki əhalinin və mülki infrastrukturun qorunmasını tələb etdilər.
Sammitin sonunda yayımlanan bəyanda qeyd olunur ki, 3 ölkə humanitar vəziyyətin normallaşması üçün daha çox səy göstərməyə razılaşıb. İran, Rusiya və Türkiyə prezidentləri Suriyadakı humanitar şəraitdən və beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə zidd olan bütün birtərəfli sanksiyalardan dərin narahatlığını ifadə etdi, ayrıseçkilik tədbirlərini qəbuledilməz adlandırdılar. Sammitdə Suriya münaqişəsinin hərbi həllinin olmadığı, yalnız BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq BMT-nin yardımı ilə siyasi yolla həll edilə biləcəyi qeyd olunub.
Astana prosesində müvafiq işçi qrupu çərçivəsində dustaqların/girovların qarşılıqlı azad edilməsi əməliyyatını davam etdirmək, qaçqın və məcburi köçkünləri geri qayıtmaq və onlara dəstək olmağın zərurəti vurğulanıb.
3 ölkənin prezidentləri sammitdə həmçinin Suriya məsələsi ilə yanaşı, birgə siyasi və iqtisadi əməkdaşlığı artırmaq üçün müxtəlif sahələrdə üçtərəfli koordinasiyanı gücləndirmək əzmində olduqlarını açıqladılar.