CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nazirlər Kabineti bəzi qərarlarda dəyişiklik edib

© Sputnik / Murad Orujov Nazirlər Kabineti
 Nazirlər Kabineti  - Sputnik Azərbaycan, 1920, 20.07.2022
Abunə olmaq
Nazirlər Kabinetinin müvafiq qərarlarında qanunvericilikdəki mövcud uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarlarında mətn üzrə "rayon (şəhər)" sözləri çıxarılıb.
BAKI, 20 iyul — Sputnik. Ailə Məcəlləsində dəyişikliklərin tətbiqinin təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarlarında uyğunlaşdırma aparılıb. Nazirlər Kabinetindən qərara verilən izahda bildirilib ki, "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2021-ci il 27 dekabr tarixli 464-VIQD nömrəli Qanunun tətbiqinin təmin edilməsi ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarlarında uyğunlaşdırma aparılıb.
Belə ki, qeyd edilən Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 31 yanvar tarixli 1583 nömrəli Fərmanı ilə edilmiş dəyişikliklərdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı xidmətlərin Ədliyyə Nazirliyinin rayon şəhər qeydiyyat şöbələri ilə yanaşı, həm də "ASAN xidmət" mərkəzlərində yerləşən qeydiyyat şöbələri tərəfindən həyata keçirilməsinə başlanılıb. Bunu nəzərə alaraq, qanunvericilikdəki mövcud uyğunsuzluğu aradan qaldırmaq məqsədilə Nazirlər Kabinetinin müvafiq qərarlarında mətn üzrə "rayon (şəhər)" sözləri çıxarılıb.
Sözügedən Qanunla müvafiq məsələlərlə bağlı məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarışın 3 gün müddətində hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürüldüyü, doğumun, ölümün və atalığın müəyyən edilməsinin qeydiyyatının elektron qaydada da aparılacağı, ölüm haqqında məlumatların aidiyyəti üzrə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə müvafiq vəzifəli şəxslərin qanunla müəyyən olunmuş məsuliyyət daşıdıqları müəyyən edilib.
Habelə "vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində dəyişikliklərin, düzəlişlərin və əlavələrin edilməsi" sözləri "vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik" sözləri ilə əvəz olunub. "Vətəndaşlıq vəziyyəti aktlarının qeydləri", vətəndaşlıq vəziyyəti aktlarının qeydi" sözləri isə müvafiq olaraq "vətəndaşlıq vəziyyəti akt qeydləri", "vətəndaşlıq vəziyyəti akt qeydi" sözləri ilə əvəz edilib.
Nazirlər Kabinetinin dəyişiklik etdiyi "Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarında xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edəcək və müvafiq şəhadətnamə verəcək. Qərarda qeyd olunub ki, Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılacaq.
Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndəriləcək.
Qeyd olunan tənzimləmələrin müvafiq olaraq Nazirlər Kabinetinin Qərarlarında öz əksini tapıb.
Xəbər lenti
0