https://sputnik.az/20220720/bayramov-ve-lavrov-ucterefli-beyanatlarin-tam-icrasinin-vacibliyini-vurgulayiblar-444208863.html
Bayramov və Lavrov üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar
Bayramov və Lavrov üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar
Sputnik Azərbaycan
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. 20.07.2022, Sputnik Azərbaycan
2022-07-20T20:49+0400
2022-07-20T20:49+0400
2022-07-20T21:45+0400
azərbaycan xəbərləri
ceyhun bayramov
sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434211192_0:0:1280:721_1920x0_80_0_0_87c2d1989c23e16583755d090c877032.jpg
BAKI, 20 iyul - Sputnik. İyulun 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini və cari regional vəziyyəti müzakirə ediblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyi vurğulanıb.Eyni zamanda, tərəflər bölgədə nəqliyyat və tranzit məsələləri ətrafında fikir mübadiləsi aparıb, xüsusilə də Rusiya, Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin potensialının genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/0e/434211192_119:0:1256:853_1920x0_80_0_0_5f84391c2680aad3c82559e8d5235592.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ceyhun bayramov, sergey lavrov
ceyhun bayramov, sergey lavrov
Bayramov və Lavrov üçtərəfli bəyanatların tam icrasının vacibliyini vurğulayıblar
20:49 20.07.2022 (Yenilənib: 21:45 20.07.2022) Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
BAKI, 20 iyul - Sputnik. İyulun 20-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Nazirlər, ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini və cari regional vəziyyəti müzakirə ediblər. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı üçtərəfli bəyanatların müddəalarının tam icrasının vacibliyi vurğulanıb.
Eyni zamanda, tərəflər bölgədə nəqliyyat və tranzit məsələləri ətrafında fikir mübadiləsi aparıb, xüsusilə də Rusiya, Azərbaycan və İran ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin potensialının genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.