https://sputnik.az/20220719/susa-xarici-ressamlarin-gozu-ile---nazir-eserlerle-tanis-oldu-444166532.html
Şuşa xarici rəssamların gözü ilə - nazir əsərlərlə tanış oldu
Şuşa xarici rəssamların gözü ilə - nazir əsərlərlə tanış oldu
Sputnik Azərbaycan
Anar Kərimov layihədə iştirak edən xarici və yerli rəssamların çəkdiyi Şuşaya həsr olunan rəsm əsərləri ilə tanış olub, rəssamların Şuşa barədə təəssüratlarını... 19.07.2022, Sputnik Azərbaycan
2022-07-19T23:01+0400
2022-07-19T23:01+0400
2022-07-19T23:01+0400
şuşa
mədəniyyət
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945067_0:103:2000:1228_1920x0_80_0_0_31489173add76ca294280faf3322eabd.jpg
BAKI, 19 iyul — Sputnik. "Şuşa İli" çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə rəssamlar üçün "ArtCamp Shusha" adlı beynəlxalq layihə həyata keçirilir. Bu barədə Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar ölkəmizdə səfərdə olan İtaliya, Almaniya, Rumıniya, Danimarka və Türkiyədən olan xarici rəssamlar ilə yanaşı, Rəşad Mehdiyev, Anar Hüseynzadə, Butunay Haqverdiyev, Günel Ravilova və Vüsalə Ağarazıyeva kimi yerli rəssamlar Şuşa şəhərini ziyarət edib, burada mövcud olan tarixi abidələrimiz və şəhərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.Bakıya qayıdan rəssamlar Şuşa barədə təəssüratlarını tərənnüm edən rəsm əsərlərini yaratmağa artıq başlayıblar. Mədəniyyət naziri Anar Kərimov layihədə iştirak edən xarici və yerli rəssamların çəkdiyi Şuşaya həsr olunan rəsm əsərləri ilə tanış olub. Rəssamların Şuşa barədə təəssüratlarını dinləyən nazir onların yaratdığı rəsm əsərlərinin nazirlik tərəfindən təşkil olunacaq sərgidə nümayiş etdiriləcəyini bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945067_114:0:1887:1330_1920x0_80_0_0_70ac941cd5c3ec9a112c8ce81345663f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şuşa
Şuşa xarici rəssamların gözü ilə - nazir əsərlərlə tanış oldu
Anar Kərimov layihədə iştirak edən xarici və yerli rəssamların çəkdiyi Şuşaya həsr olunan rəsm əsərləri ilə tanış olub, rəssamların Şuşa barədə təəssüratlarını dinləyib.
BAKI, 19 iyul — Sputnik. "Şuşa İli" çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə rəssamlar üçün "ArtCamp Shusha" adlı beynəlxalq layihə həyata keçirilir. Bu barədə Mədəniyyət Nazirliyindən verilən məlumata görə, bununla əlaqədar ölkəmizdə səfərdə olan İtaliya, Almaniya, Rumıniya, Danimarka və Türkiyədən olan xarici rəssamlar ilə yanaşı, Rəşad Mehdiyev, Anar Hüseynzadə, Butunay Haqverdiyev, Günel Ravilova və Vüsalə Ağarazıyeva kimi yerli rəssamlar Şuşa şəhərini ziyarət edib, burada mövcud olan tarixi abidələrimiz və şəhərdə aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.
Bakıya qayıdan rəssamlar Şuşa barədə təəssüratlarını tərənnüm edən rəsm əsərlərini yaratmağa artıq başlayıblar. Mədəniyyət naziri Anar Kərimov layihədə iştirak edən xarici və yerli rəssamların çəkdiyi Şuşaya həsr olunan rəsm əsərləri ilə tanış olub. Rəssamların Şuşa barədə təəssüratlarını dinləyən nazir onların yaratdığı rəsm əsərlərinin nazirlik tərəfindən təşkil olunacaq sərgidə nümayiş etdiriləcəyini bildirib.