https://sputnik.az/20220719/sergey-nariskin-bakiya-gelib-ve-lham-eliyevle-gorusub-444157025.html
Sergey Narışkin Bakıya gəlib və İlham Əliyevlə görüşüb
Sergey Narışkin Bakıya gəlib və İlham Əliyevlə görüşüb
Sputnik Azərbaycan
Sergey Narışkin Yerevanda bildirib ki, Rusiya Ermənistanın təhlükəsizlik orqanlarında islahatların aparılması məsələsində yardım etməyə hazırdır. 19.07.2022, Sputnik Azərbaycan
2022-07-19T17:11+0400
2022-07-19T17:11+0400
2022-07-19T17:35+0400
siyasət
sergey narışkin
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/07/14/444188641_0:0:2001:1125_1920x0_80_0_0_9df69defb7e735b9ad1573730c4b7249.jpg
BAKI, 19 iyul — Sputnik. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıya səfərə gəlib.Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb.Bu barədə "RİA Novosti"yə Rusiyanın Bakıdakı səfirliyindən məlumat verilib.Xatırladaq ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri ötən gün Yerevanda olub.Sergey Narışkin Yerevanda jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Ermənistanın təhlükəsizlik orqanlarında islahatların aparılması məsələsində yardım etməyə hazırdır."Dövlət təhlükəsizlik xidmətində islahatların aparılması, ayrıca xarici kəşfiyyat xidmətinin yaradılması məsələsi Ermənistanın siyasi rəhbərliyinin səlahiyyətindədir. Tərəfdaşlarımızla hansı formatda işləyiriksə, istənilən metodiki yardım və dəstəyi göstərəcəyik. Bu günə qədər bunu etdiyimiz kimi etibarlı və ardıcıl şəkildə qarşılıqlı əlaqəni davam etdiririk, çünki bizim həll etməli olduğumuz çoxlu ümumi vəzifələr var", - deyə Narışkin bildirib.Onun sözlərinə görə, Rusiya və Ermənistan arasında iqtisadi, mədəni, siyasi, hərbi-siyasi sahədə əməkdaşlıq Cənubi Qafqaz regionunda təhlükəsizlik baxımdan vacibdir."Xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyəti mühüm və ayrılmaz elementdir. Bu gün Milli Təhlükəsizlik Xidmətindən olan həmkarlarımızla görüşlərdə biz qarşılıqlı fəaliyyət baxımından qarşımızda duran bütün vəzifələri ətraflı müzakirə etdik. Biz inanırıq ki, kifayət qədər yaxşı, etibarlı perspektivlərimiz var", - deyə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru yekunlaşdırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/14/444188641_0:0:1777:1333_1920x0_80_0_0_c97debd753f1017d63175e4eb7b6c884.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey narışkin, prezident ilham əliyev
sergey narışkin, prezident ilham əliyev
Sergey Narışkin Bakıya gəlib və İlham Əliyevlə görüşüb
17:11 19.07.2022 (Yenilənib: 17:35 19.07.2022) Sergey Narışkin Yerevanda bildirib ki, Rusiya Ermənistanın təhlükəsizlik orqanlarında islahatların aparılması məsələsində yardım etməyə hazırdır.
BAKI, 19 iyul — Sputnik. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıya səfərə gəlib.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlar aparıb.
Bu barədə "RİA Novosti"yə Rusiyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Xatırladaq ki, Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri ötən gün Yerevanda olub.
Sergey Narışkin Yerevanda jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya Ermənistanın təhlükəsizlik orqanlarında islahatların aparılması məsələsində yardım etməyə hazırdır.
"Dövlət təhlükəsizlik xidmətində islahatların aparılması, ayrıca xarici kəşfiyyat xidmətinin yaradılması məsələsi Ermənistanın siyasi rəhbərliyinin səlahiyyətindədir. Tərəfdaşlarımızla hansı formatda işləyiriksə, istənilən metodiki yardım və dəstəyi göstərəcəyik. Bu günə qədər bunu etdiyimiz kimi etibarlı və ardıcıl şəkildə qarşılıqlı əlaqəni davam etdiririk, çünki bizim həll etməli olduğumuz çoxlu ümumi vəzifələr var", - deyə Narışkin bildirib.
Onun sözlərinə görə, Rusiya və Ermənistan arasında iqtisadi, mədəni, siyasi, hərbi-siyasi sahədə əməkdaşlıq Cənubi Qafqaz regionunda təhlükəsizlik baxımdan vacibdir.
"Xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyəti mühüm və ayrılmaz elementdir. Bu gün Milli Təhlükəsizlik Xidmətindən olan həmkarlarımızla görüşlərdə biz qarşılıqlı fəaliyyət baxımından qarşımızda duran bütün vəzifələri ətraflı müzakirə etdik. Biz inanırıq ki, kifayət qədər yaxşı, etibarlı perspektivlərimiz var", - deyə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru yekunlaşdırıb.