Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Bakı və Yerevan arasında həlledici sülhün bağlanmasında vacib rol oynayır- Narışkin

© Murad Orujov Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıda jurnalistlərə müsahibəsi zamanı
 Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıda jurnalistlərə müsahibəsi zamanı - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Abunə olmaq
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib ki, iki ölkə arasında qarşılıqlı fəaliyyət regionda yeni həyat səviyyəsinin təmin edilməsi və Cənubi Qafqazda yeni sülh və əməkdaşlıq zonasının yaradılması üçün möhkəm əsasdır.
BAKI, 19 iyul — Sputnik. Cari il Rusiya-Azərbaycan münasibətləri üçün xüsusi ildir, çünki ölkələr bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəklər. Bu müddət ərzində ölkələrimiz arasında müxtəlif istiqamətlər üzrə bütöv bir ardıcıl əməkdaşlıq sistemi formalaşıb.
Bunu Bakıda səfərdə olan Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin jurnalistlərə açıqlamasında deyib.
O, bu ilin fevralında Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərini iki ölkə üçün mühüm hadisə adlandırıb: “Bu səfər zamanı fundamental sənəd - müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Moskva Bəyannaməsi imzalanıb”.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbərinin sözlərinə görə, ikitərəfli əməkdaşlıqda mühüm amil Cənubi Qafqazda sülhün və dövlətlərin təhlükəsizliyinin təmin edilməsi məsələsidir. O əlavə edib ki, bu məsələdə xüsusi xidmət orqanlarının qarşılıqlı fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir.
© Murad Orujov Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıda jurnalistlərə müsahibəsi zamanı
Директор Службы внешней разведки России Сергей Нарышкин - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıda jurnalistlərə müsahibəsi zamanı
Cənubi Qafqazda sülh
Narışkin qeyd edib ki, Cənubi Qafqazda sülhün bərpası məsələsi regional aspektdə xarici siyasət üçün prioritetdir:
“Rusiya Qarabağ müharibəsinin başa çatmasında əsas rol oynayıb. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı birgə bəyanat regionda yeni münasibətlərin qurulması üçün fundamental sənədə çevrilib”.
O əlavə edib ki, regionda sülhün təmin olunmasında sülhməramlılar da mühüm rol oynayır.
“Ümumiyyətlə, bizim mövqeyimizi bundan ibarətdir ki, Rusiya bir vasitəçi, tərəfdaş, Azərbaycan və Ermənistanın dostu kimi sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat məsələrinin həllində, o cümlədən Bakı ilə Yerevan arasında həlledici sülh müqaviləsi bağlanmasında vacib rol oynayır”, - Narışkin bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsi iki ölkə arasında iqtisadi əlaqələrin və mədəni-humanitar əməkdaşlığın inkişafına imkan verəcək.
“İki ölkə arasında qarşılıqlı fəaliyyətin bu sahələri regionda yeni həyat səviyyəsinin təmin edilməsi və Cənubi Qafqazda yeni sülh və əməkdaşlıq zonasının yaradılması üçün möhkəm əsasdır”, - Rusiya xüsusi xidmət orqanlarının rəhbəri bildirib.
© Murad Orujov Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıda jurnalistlərə müsahibəsi zamanı
Директор Службы внешней разведки России Сергей Нарышкин - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Bakıda jurnalistlərə müsahibəsi zamanı
Rusiya və Azərbaycanın xüsusi xidmət orqanları
Bu gün Rusiya və Azərbaycan Xarici Kəşfiyyat Xidməti arasında kəşfiyyat sahəsində əməkdaşlığın inkişafı haqqında saziş imzalanıb. Bu sənəd əlaqələrimizin və qarşılıqlı fəaliyyətimizin inkişafına əlavə təkan verir.
Planlarımıza dövlətlərimizin milli suverenliyinin və ərazi bütövlüyünün qorunmasına kömək etmək məqsədi daşıyan birgə fəaliyyətlər, o cümlədən beynəlxalq terrorizm və radikal ekstremizmə qarşı birgə mübarizə, xarici ölkələrdəki qurumlarımızın, üçüncü mərhələdə Rusiya və Azərbaycan vətəndaşlarının maraqlarının müdafiəsi daxildir.
Xüsusi xidmət orqanlarımızın əməkdaşlığının yaxşı tarixi var. Biz azərbaycanlı tərəfdaşlarımıza və dostlarımıza hörmətlə yanaşır və Azərbaycanın Xarici Kəşfiyyat Xidmətinin peşəkarlıq səviyyəsini yüksək qiymətləndiririk.
Sergey Narışkin  - Sputnik Azərbaycan, 1920, 19.07.2022
SİYASƏT
Sergey Narışkin Bakıya gəlib və İlham Əliyevlə görüşüb
Xəbər lenti
0