NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Qazprom" və NIOC İranda qaz yataqlarının işlənməsinə dair razılığa gəliblər

© AFP 2024 / OLGA MALTSEVAQazprom loqosu
Qazprom loqosu - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Abunə olmaq
Rusiya və İran şirkətləri arasında əməkdaşlıq memorandumu "Cənubi Pars"ın inkişafını və daha altı yatağın işlənməsini nəzərdə tutur.
BAKI, 19 iyul — Sputnik. "Qazprom" və İran Milli Neft Korporasiyası (NIOC) Tehranda neft əməkdaşlığına dair 40 milyard dollarlıq memorandum imzalayıb.
"İran Milli Neft Şirkəti ilə Rusiyanın "Qazprom" şirkəti arasında strateji əməkdaşlıq haqqında memorandum imzalanıb", - deyə İranın "Tasnim" agentliyinin açıqlamasında qeyd edilib.
NIOC rəhbəri Möhsün Xocastemehr bu memorandumu İranın neft sənayesi tarixində ən böyük xarici investisiya adlandırıb.
Memorandum İranın Kiş adasında qaz yataqlarının işlənməsini, "Şimali Pars" və "Cənubi Pars" neft yataqlarının inkişafını, həmçinin daha altı neft yatağının işlənməsini nəzərdə tutur.
Müqaviləyə həmçinin Rusiya Federasiyası ilə İran arasında qaz, neft-kimya və qaz məhsullarının mübadiləsi, mayeləşdirilmiş qaz (LNG) zavodlarının tikintisi layihələrinin tamamlanması, ixrac qaz kəmərlərinin çəkilməsi daxildir.
Xatırladaq ki, "Kiş" - Fars körfəzindəki ən böyük qaz yatağıdır. Mövcud hesablamalara görə, onun tərkibində "Cənubi Pars"ın beş fazasında olduğu qədər qaz var, yəni təxminən 1,8 trilyon kubmetr.
İran "Kiş"i üç mərhələdə inkişaf etdirməyi və onun məhsuldarlığını sutkada 142 milyon kubmetrə çatdırmağı planlaşdırır.
Xəbər lenti
0