https://sputnik.az/20220719/optik-internetin-genislendirilmesinde-isiq-direklerinden-istifade-olunacaq-444150530.html
Optik internetin genişləndirilməsində işıq dirəklərindən istifadə olunacaq
Optik internetin genişləndirilməsində işıq dirəklərindən istifadə olunacaq
Sputnik Azərbaycan
Texnologiyalar Departamentinin rəisi bildirib ki, bu gün artıq "Azərişıq"ın Bakı kəndlərində olan mövcud infrastrukturundan geniş şəkildə istifadə olunur. 19.07.2022, Sputnik Azərbaycan
2022-07-19T21:11+0400
2022-07-19T21:11+0400
2022-07-19T21:11+0400
optik
azərbaycan xəbərləri
internet
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424604254_0:0:1772:997_1920x0_80_0_0_57d5ee7a5dd74ef3e0a6b2ea7733c6a5.jpg
BAKI, 19 iyul — Sputnik. Ölkə ərazisində optik internet şəbəkəsinin əhatəsinin genişləndirilməsi və şaxələndirilməsində "Azərişıq" ASC-nin elektrik xətlərinin dirəkləri istifadə olunacaq.Bunu ASC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov deyib.Onun sözlərinə görə, bu gün artıq "Azərişıq"ın Bakı kəndlərində olan mövcud infrastrukturundan geniş şəkildə istifadə olunur.Qalib Həmidov qeyd edib ki, eyni qaydada işlər Cənub zonasında həyata keçirilir: “Mövcud infrastruktur operatora stimul yaratdı ki, tez bir zamanda ölkə üzrə optik şəbəkənin yaradılmasına nail olunsun. Əvvəllər işıq dirəklərinin altından hər hansı kommunikasiyaların keçməsinə icazə verilmirdi. Çünki xətlər izolyasiya olmadığına görə radiasiya yaranırdı ki, bu da kommunikasiyanı ciddi şəkildə pozurdu. Hazırda isə SİP kabellərdən istifadə olduğu üçün belə bir problem yaşanmır və biz rabitə xətlərinin çəkilməsinə icazə verdik".Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strategiyasına uyğun olaraq Azərbaycanın bütün rayonları, hətta ən ucqar kəndləri belə 2024-cü ilədək optik internet xidməti ilə tam təmin olunacaq. (APA)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/05/424604254_167:0:1742:1181_1920x0_80_0_0_b547a9bc98ca357388d72a05fcddacb2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
optik, internet
Optik internetin genişləndirilməsində işıq dirəklərindən istifadə olunacaq
Texnologiyalar Departamentinin rəisi bildirib ki, bu gün artıq "Azərişıq"ın Bakı kəndlərində olan mövcud infrastrukturundan geniş şəkildə istifadə olunur.
BAKI, 19 iyul — Sputnik. Ölkə ərazisində optik internet şəbəkəsinin əhatəsinin genişləndirilməsi və şaxələndirilməsində "Azərişıq" ASC-nin elektrik xətlərinin dirəkləri istifadə olunacaq.
Bunu ASC-nin İnformasiya Texnologiyaları Departamentinin rəisi Qalib Həmidov deyib.
Onun sözlərinə görə, bu gün artıq "Azərişıq"ın Bakı kəndlərində olan mövcud infrastrukturundan geniş şəkildə istifadə olunur.
Qalib Həmidov qeyd edib ki, eyni qaydada işlər Cənub zonasında həyata keçirilir: “Mövcud infrastruktur operatora stimul yaratdı ki, tez bir zamanda ölkə üzrə optik şəbəkənin yaradılmasına nail olunsun. Əvvəllər işıq dirəklərinin altından hər hansı kommunikasiyaların keçməsinə icazə verilmirdi.
Çünki xətlər izolyasiya olmadığına görə radiasiya yaranırdı ki, bu da kommunikasiyanı ciddi şəkildə pozurdu. Hazırda isə SİP kabellərdən istifadə olduğu üçün belə bir problem yaşanmır və biz rabitə xətlərinin çəkilməsinə icazə verdik".
Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin strategiyasına uyğun olaraq Azərbaycanın bütün rayonları, hətta ən ucqar kəndləri belə 2024-cü ilədək optik internet xidməti ilə tam təmin olunacaq. (APA)