https://sputnik.az/20220719/natevanin-heykelinin-yanindan-kecen-ecnebi-ne-bilsin-ki-bu-qadin-kimdir---heykelteras-444124133.html
Natəvanın heykəlinin yanından keçən əcnəbi nə bilsin ki, bu qadın kimdir? - Heykəltəraş
Natəvanın heykəlinin yanından keçən əcnəbi nə bilsin ki, bu qadın kimdir? - Heykəltəraş
Sputnik Azərbaycan
Paytaxt Bakıda və bölgələrimizdə yerləşən heykəllərin və barelyeflərin üzərindəki kiril əlibası ilə olan yazılar hələ də qalıb. Hansı ki, yeni gələn gənc nəsil... 19.07.2022, Sputnik Azərbaycan
2022-07-19T10:01+0400
2022-07-19T10:01+0400
2022-07-25T12:02+0400
heykəl
mədəniyyət
tarixi abidə
lövhə
kiril əlifbası
latın əlifbası
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0e/443989695_0:160:3072:1888_1920x0_80_0_0_e13d945e603bd70b39893001b488f73d.jpg
BAKI, 19 iyul — Sputnik. Latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun 1992-ci ildə qəbul olunub. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid uğurla başa çatdırıldı.Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da Fərman imzalayıb (552 nömrəli Fərman) və bu rəsmi sənədlə avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilib.Həmin tarixdən etibarən Azərbaycan ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər kiril əlifbasından latın qrafikalı əlifbaya keçiblər. Lakin 21 il keçməsinə baxmayaraq, hələ də şəhərimizdə üzərində kiril əlifbası ilə qeydlər olan heykəl və barelyeflərə rast gəlinir.Elmlər Akademiyasının fəxri doktoru, memar Cahid Həsənov bildirib ki, Azərbaycan Respublikasının dil haqqında qanununa görə, bütün məlumatlar latın qrafikası ilə əvəz olunmaldır:Memarın sözlərinə görə, heykəllərin yaxınlığında Azərbaycan dili ilə yanaşı, ingilis dilində də məlumat lövhəsi yerləşdirilməldir. Mütəxəssis bildirir ki, sözügedən problem xatirə lövhələrində də var:"Təəssüf ki, paytaxtımızda olan əksər heykəl və barelyeflərdə bu yoxdur. Məsələn, Hacı Zeynallabdin Tağıyevin "İçəri şəhər" metro stansiyası yaxınlığındakı heykəlində məlumat lövhəsi var. Bu, digərlərində də tətbiq olunmalıdır. Bundan başqa, Bakıda məşhur şəxslərin yaşadığı binaların üzərində xatirə lövhələri yerləşdirlib. Onlar da kiril əlibasında yazılıb. Həmin xatirə lövhələri də birmənalı olaraq dəyişdirilməlidir. Bunu Mənzil Kommunal İstismar Sahələri də həyata keçirə bilər. Yəni, bunun üçün elə də böyük vəsait tələb olunmur".Xalq rəssamı, heykəltaraş Xanlar Əhmədov bildirir ki, haqqında danışılan məsələ bütün heykəltaraşların yaralı yeridir:"Biz bununla bağlı dəfələrlə müzakirə aparmışıq. Açığı, bununla bağlı Mədəniyyət Nazirliyinə heç bir müraciət etməmişik. Amma yaxşı olar ki, nazirlik bunun üstünə düşsün. Heykəllərin üzərindəki kiril hərfləri latın qrafikasə ilə əvəz olunmalıdır. İyirmi ildən artıqdır ki, ölkədə hər şey latın qrafikasına keçirilib, amma heykəllər unudulub. Ümid edirəm ki, zamanla bu problem öz həllini tapar".Heykəltaraş onu da əlavə edir ki, heykəllərin üzərindəki kiril əlifbası ilə yazılan yazılarla yanaşı, heykəllər haqqında məlumat lövhəsi də yerləşdirilməlidir:Həvəskar araşdırmaçı Arzu Rzasoy bildirir ki, sözügedən problem bölgələrdə də hökm sürür. Onun sözlərinə görə, paytaxtın mərkəzində olan heykəllərə az-çox diqqət ayrılır. Amma paytaxtdan kənarda olanların əksəriyyətində heç məlumat lövhəsi belə yoxdur:"Məsələn, Azərbaycan tarixinin ən parlaq qadınlarından biri, "Şərq qadını" jurnalının ilk xanım müxbiri və sonradan baş redaktoru olmuş tanınmış pedaqoq Gülarə Qədirbəyovanın Şəki rayonu Baş Göynük kəndində yerləşən heykəli diqqətdən kənarda qalıb. Onun üzərində heç məlumat lövhəsi belə, yoxdur. Bundan başqa, Naxçıvanda görkəmli dramaturq Cəlil Məmmədquluzadənin, Gəncədə ilk Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun heykəli, İki dəfə Sosialist Əməyi Qəhrəmanı olan Bəsti Bağırovanın Goranboy rayonu Bağçakürd kəndində yerləşən heykəlinin üzərindəki yazılar kiril əlifbasındadır. Azərbaycan yazıçısı və Rusiya İmperiyasının hərbi xadimi, Rusiya imperator ordusunun general-mayoru və "Müqəddəs Georgi" ordenini qazanan ilk azərbaycanlı İsmayıl bəy Qutqaşınlının Qəbələdə yerləşən heykəlinin üzərindəki yazılar da kiril əlifbasında qalıb. Bundan başqa, maarifçi, drammaturq Rəşid bəy Əfəndiyevin ev muzeyinin üzərindəki məlumat lövhəsi də kiril əlifbasındadır. Bundan başqa, Qax rayonunun Əlibəyli kəndində gürcü şairi İlya Çavçavadzenin də heykəli itib-batıb. Hansı ki, həmin bölgəyə xeyli sayda gürcü turistlər gəlir. Ən pisi də odur ki, o yazılar getdikcə silinir".Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, heykəllərin və barelyeflərin üzərində olan kiril əlifbalı yazıların dəyişdirilməsi mümkün deyil. Çünki, onlar abidənin daxilindədir. Əlavə məlumat lövhəsinin yerləşdirilməsinə gəldikdə isə bu, hələlik nəzərdə tutulmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0e/443989695_171:0:2902:2048_1920x0_80_0_0_efadcc3ead51d52a3b0fd0dc88fdeadd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
heykəl, tarixi abidə, lövhə, kiril əlifbası, latın əlifbası
heykəl, tarixi abidə, lövhə, kiril əlifbası, latın əlifbası
Natəvanın heykəlinin yanından keçən əcnəbi nə bilsin ki, bu qadın kimdir? - Heykəltəraş
10:01 19.07.2022 (Yenilənib: 12:02 25.07.2022) Paytaxt Bakıda və bölgələrimizdə yerləşən heykəllərin və barelyeflərin üzərindəki kiril əlibası ilə olan yazılar hələ də qalıb. Hansı ki, yeni gələn gənc nəsil kiril əlifbası ilıə tanış deyil. Bu əlifba xaricdən gələn turistlər üçün də yaddır
BAKI, 19 iyul — Sputnik. Latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun 1992-ci ildə qəbul olunub. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid uğurla başa çatdırıldı.
Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da Fərman imzalayıb (552 nömrəli Fərman) və bu rəsmi sənədlə avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilib.
Həmin tarixdən etibarən Azərbaycan ərazisində bütün idarə-müəssisələr, təşkilatlar, Azərbaycan dilində bütün nəşrlər kiril əlifbasından latın qrafikalı əlifbaya keçiblər. Lakin 21 il keçməsinə baxmayaraq, hələ də şəhərimizdə üzərində kiril əlifbası ilə qeydlər olan heykəl və barelyeflərə rast gəlinir.
Elmlər Akademiyasının fəxri doktoru, memar Cahid Həsənov bildirib ki, Azərbaycan Respublikasının dil haqqında qanununa görə, bütün məlumatlar latın qrafikası ilə əvəz olunmaldır:
"Düzü, bu bir az çətin prosesdir. Amma bunu edə biləcək kifayət qədər istedadlı heykəltaraşlarımız var. Həmin adların dəyişdirilməsi həm də ona görə lazımdır ki, xaricdən gələn turistlər bunu oxuya bilsinlər. Ümumiyyətlə, çox yaxşı olardı ki, heykəllərin ətrafında onların yaradılma tarixi, heykəllərin müəllifləri, heykəli qoyulan şəxsiyyət haqqında məlumatlar olsun. Məsələn, Nəsimin heykəlinin üzərində heç bir yazı yoxdur. Kənarda bir daş var, onun üzərinə "Nəsimi" yazılıb. O da otların içində itib-batıb".
Memarın sözlərinə görə, heykəllərin yaxınlığında Azərbaycan dili ilə yanaşı, ingilis dilində də məlumat lövhəsi yerləşdirilməldir. Mütəxəssis bildirir ki, sözügedən problem xatirə lövhələrində də var:
"Təəssüf ki, paytaxtımızda olan əksər heykəl və barelyeflərdə bu yoxdur. Məsələn, Hacı Zeynallabdin Tağıyevin "İçəri şəhər" metro stansiyası yaxınlığındakı heykəlində məlumat lövhəsi var. Bu, digərlərində də tətbiq olunmalıdır. Bundan başqa, Bakıda məşhur şəxslərin yaşadığı binaların üzərində xatirə lövhələri yerləşdirlib. Onlar da kiril əlibasında yazılıb. Həmin xatirə lövhələri də birmənalı olaraq dəyişdirilməlidir. Bunu Mənzil Kommunal İstismar Sahələri də həyata keçirə bilər. Yəni, bunun üçün elə də böyük vəsait tələb olunmur".
Xalq rəssamı, heykəltaraş Xanlar Əhmədov bildirir ki, haqqında danışılan məsələ bütün heykəltaraşların yaralı yeridir:
"Biz bununla bağlı dəfələrlə müzakirə aparmışıq. Açığı, bununla bağlı Mədəniyyət Nazirliyinə heç bir müraciət etməmişik. Amma yaxşı olar ki, nazirlik bunun üstünə düşsün. Heykəllərin üzərindəki kiril hərfləri latın qrafikasə ilə əvəz olunmalıdır. İyirmi ildən artıqdır ki, ölkədə hər şey latın qrafikasına keçirilib, amma heykəllər unudulub. Ümid edirəm ki, zamanla bu problem öz həllini tapar".
Heykəltaraş onu da əlavə edir ki, heykəllərin üzərindəki kiril əlifbası ilə yazılan yazılarla yanaşı, heykəllər haqqında məlumat lövhəsi də yerləşdirilməlidir:
"Şəhərə gələn turistlər, gənclər heykəlin yanından keçəndə dayanıb heykələ baxır, üzərindəki yazını oxuya bilmir. Tutaq ki, Xurşidbanu Natəvanın heykəlinin yanından keçən xarici nə bilsin ki, bu qadın kimdir? Bu abidəni niyə ucaldıblar? Ona görə də mütləq məlumat lövhəsi yerləşdirilməldir".
Həvəskar araşdırmaçı Arzu Rzasoy bildirir ki, sözügedən problem bölgələrdə də hökm sürür. Onun sözlərinə görə, paytaxtın mərkəzində olan heykəllərə az-çox diqqət ayrılır. Amma paytaxtdan kənarda olanların əksəriyyətində heç məlumat lövhəsi belə yoxdur:
"Məsələn, Azərbaycan tarixinin ən parlaq qadınlarından biri, "Şərq qadını" jurnalının ilk xanım müxbiri və sonradan baş redaktoru olmuş tanınmış pedaqoq Gülarə Qədirbəyovanın Şəki rayonu Baş Göynük kəndində yerləşən heykəli diqqətdən kənarda qalıb. Onun üzərində heç məlumat lövhəsi belə, yoxdur. Bundan başqa, Naxçıvanda görkəmli dramaturq Cəlil Məmmədquluzadənin, Gəncədə ilk Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun heykəli, İki dəfə Sosialist Əməyi Qəhrəmanı olan Bəsti Bağırovanın Goranboy rayonu Bağçakürd kəndində yerləşən heykəlinin üzərindəki yazılar kiril əlifbasındadır.
Azərbaycan yazıçısı və Rusiya İmperiyasının hərbi xadimi, Rusiya imperator ordusunun general-mayoru və "Müqəddəs Georgi" ordenini qazanan ilk azərbaycanlı İsmayıl bəy Qutqaşınlının Qəbələdə yerləşən heykəlinin üzərindəki yazılar da kiril əlifbasında qalıb. Bundan başqa, maarifçi, drammaturq Rəşid bəy Əfəndiyevin ev muzeyinin üzərindəki məlumat lövhəsi də kiril əlifbasındadır. Bundan başqa, Qax rayonunun Əlibəyli kəndində gürcü şairi İlya Çavçavadzenin də heykəli itib-batıb. Hansı ki, həmin bölgəyə xeyli sayda gürcü turistlər gəlir. Ən pisi də odur ki, o yazılar getdikcə silinir".
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, heykəllərin və barelyeflərin üzərində olan kiril əlifbalı yazıların dəyişdirilməsi mümkün deyil. Çünki, onlar abidənin daxilindədir. Əlavə məlumat lövhəsinin yerləşdirilməsinə gəldikdə isə bu, hələlik nəzərdə tutulmayıb.