https://sputnik.az/20220719/erdogan-turkiye-suriyani-terrorculardan-temizleyecek-444175212.html
Ərdoğan: Türkiyə Suriyanı terrorçulardan təmizləyəcək
Ərdoğan: Türkiyə Suriyanı terrorçulardan təmizləyəcək
Sputnik Azərbaycan
Türkiyə, Rusiya və İran prezidentlərinin Astana formatında növbəti görüşü Rusiyada keçiriləcək 19.07.2022, Sputnik Azərbaycan
2022-07-19T22:58+0400
2022-07-19T22:58+0400
2022-07-19T22:58+0400
dünya xəbərləri
rəcəb tayyip ərdoğan
türkiyə
suriya
terrorçular
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443954742_0:0:3073:1728_1920x0_80_0_0_8db8a66d2516c5e20d6bf058ed74a252.jpg
BAKI, 19 iyul - Sputnik. Astana platforması Suriya böhranında həll yolunu tapmaq üşün yeganə təsiredici təşəbbüsdür.APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi sammitində çıxışı zamanı deyib.O qeyd edib ki, Suriya böhranın yaratdığı bütün məsələlərin yükünü ən çox daşıyan ölkə Türkiyədir.Ərdoğan Suriyanın ərazi bütövlüyünə PKK-YPG və digər terror təşkilatlarının təhdid yaratdığını əlavə edərək, ölkəsinin terrorla mübarizəni kimin dəstəkləyib-dəstəkləmədiyinə baxmayaraq və yerindən asılı olmayaraq davam etdirəcəyini vurğulayıb: “Rusiya və İrandan gözləntimiz bu məsələdə bizə dəstək olmaqdır. İŞİD, PKK-YPG və digərləri ilə mübarizə davam etməli, Suriya xalqına dəstək bu terror təşkilatlarını buralardan təmizləmək olmalıdır. Əli qanlı terror təşkilarlarına qarşı mübarizəmizi bundan sonra da davam etdirəcəyik”.Prezidentinin sözlərinə görə, Türkiyənin terroçulardan təmizlədiyi ərazilərə 500 mindən çox suriyalı geri dönüb, 1 milyon insanın geri dönməsi üçün də işlər davam edir.Ərdoğan həmçinin vurğulayıb ki, tərəflər arasında razılaşmaya baxmayaraq, terror təşkilatlarını Türkiyənin sərhədlərindən 30 kilometr məsafəyə uzaqlaşmaq şərti yerinə yetirilməyib.“Milli təhlükəsizliyimizi hədəfləyən şər mərkəzlərini Suriyadan təmizləməkdə qərarlıyıq. Aydın şəkildə anlaşılmalıdır ki, bölgəmizin gələcəyində separatçı terrorizmə və onun uzantılarına yer yoxdur” – deyə Türkiyə prezidenti vurğulayıb.***Türkiyə, Rusiya və İran prezidentlərinin Astana sammiti formatında növbəti görüşü Rusiyada keçiriləcək.Bunu Rusiya prezidenti Vladimir Putin Tehranda keçirilən zirvə görüşündə bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443954742_0:0:2729:2047_1920x0_80_0_0_410b9f2513a3a89f5ffd8a4245ce6316.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rəcəb tayyip ərdoğan, türkiyə, suriya, terrorçular
rəcəb tayyip ərdoğan, türkiyə, suriya, terrorçular
Ərdoğan: Türkiyə Suriyanı terrorçulardan təmizləyəcək
Türkiyə, Rusiya və İran prezidentlərinin Astana formatında növbəti görüşü Rusiyada keçiriləcək
BAKI, 19 iyul - Sputnik. Astana platforması Suriya böhranında həll yolunu tapmaq üşün yeganə təsiredici təşəbbüsdür.
APA-nın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, Suriya böhranın yaratdığı bütün məsələlərin yükünü ən çox daşıyan ölkə Türkiyədir.
Ərdoğan Suriyanın ərazi bütövlüyünə PKK-YPG və digər terror təşkilatlarının təhdid yaratdığını əlavə edərək, ölkəsinin terrorla mübarizəni kimin dəstəkləyib-dəstəkləmədiyinə baxmayaraq və yerindən asılı olmayaraq davam etdirəcəyini vurğulayıb: “Rusiya və İrandan gözləntimiz bu məsələdə bizə dəstək olmaqdır. İŞİD, PKK-YPG və digərləri ilə mübarizə davam etməli, Suriya xalqına dəstək bu terror təşkilatlarını buralardan təmizləmək olmalıdır. Əli qanlı terror təşkilarlarına qarşı mübarizəmizi bundan sonra da davam etdirəcəyik”.
Prezidentinin sözlərinə görə, Türkiyənin terroçulardan təmizlədiyi ərazilərə 500 mindən çox suriyalı geri dönüb, 1 milyon insanın geri dönməsi üçün də işlər davam edir.
Ərdoğan həmçinin vurğulayıb ki, tərəflər arasında razılaşmaya baxmayaraq, terror təşkilatlarını Türkiyənin sərhədlərindən 30 kilometr məsafəyə uzaqlaşmaq şərti yerinə yetirilməyib.
“Milli təhlükəsizliyimizi hədəfləyən şər mərkəzlərini Suriyadan təmizləməkdə qərarlıyıq. Aydın şəkildə anlaşılmalıdır ki, bölgəmizin gələcəyində separatçı terrorizmə və onun uzantılarına yer yoxdur” – deyə Türkiyə prezidenti vurğulayıb.
Türkiyə, Rusiya və İran prezidentlərinin Astana sammiti formatında növbəti görüşü Rusiyada keçiriləcək.
Bunu Rusiya prezidenti Vladimir Putin Tehranda keçirilən zirvə görüşündə bildirib.