Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bu saziş Aİ-nin Azərbaycana nə qədər ehtiyac duyduğunu ifadə edir - Fazil Mustafa

© AFP 2023 / NATALIA KOLESNIKOVABakıya mənzərə, arxiv şəkli
Bakıya mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.07.2022
Abunə olmaq
Politoloq İlyas Hüseynovun fikrincə, Aİ ilə imzalanmış bu hüquqi sənəd Azərbaycanın enerji diplomatiyasında qazandığı növbəti uğurdur.
BAKI, 19 iyul — Sputnik. Ötən gün Bakıda Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalandı.
Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen imzalayıblar.
Sputnik Azərbaycan bu Memorandumun əhəmiyyəti və proseslərə təsiri ilə bağlı politoloq İlyas Hüseynovun və millət vəkili Fazil Mustafanın fikirlərini öyrənib.
Politoloq İlyas Hüseynov bildirib ki, bu sənəd Azərbaycan və Aİ arasında inkişaf edən münasibətlərin təzahürüdür. Onun sözlərinə görə, Aİ də öz növbəsində regionda sülhün və təhlükəsizliyin qorunması üçün müxtəlif təşəbbüslərlə çıxış edir: "Eyni zamanda nəzərə almalıyıq ki, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi qəbul edilir. Hazırkı proseslər bu baxımdan Cənub Qaz Dəhlizinin əhəmiyyətini xüsusilə artırır. Bu Anlaşma Memorandumu bir sıra elementləri ilə diqqəti cəlb edir. İlk növbədə Cənub Qaz Dəhlizinin Qərbi Balkan bölgəsinə doğru diversifikasiyası planları həyata keçiriləcək".
Politoloq Azərbaycanın yaşıl enerjiyə xüsusi diqqət ayırdığını bildirib: "Zəngəzur dəhlizi vasitəsilə də bu enerji nəqli həyata keçirilə bilər. Azərbaycan və Aİ arasında məhz enerji sahəsində əməkdaşlıq çoxşaxəli xarakter daşıyır. Əlamətdar haldır ki, Azərbaycan və Aİ arasında yeni hüquqi sənəd imzalanıb. Bu, Azərbaycanın enerji diplomatiyasında qazandığı növbəti uğurdur".
Politoloq qeyd edib ki, bu saziş uzunmüddətli xarakter daşıyır və gələcəkdə bunun vasitəsilə ölkəmiz tranzit gəlirləri də əldə edə bilər: "Düşünürəm ki, gələcəkdə digər region ölkələrinin neft-qaz potensialının Qərbə ixracı Azərbaycan üzərindən həyata keçiriləcək. Bununla da Azərbaycan iqtisadiyyatı həm də tranzit gəlirləri hesabına şaxələndiriləcək".
Millət vəkili Fazil Mustafa isə bildirib ki, bu saziş ilk növbədə iqtisadi mənada Azərbaycanın xeyrinədir. Onun sözlərinə görə, Azərbaycan bununla Qərb bazarında öz təbii sərvətlərinin daha böyük həcmdə çıxarılmasına nail olacaq: "Digər tərəfdən Aİ kimi nüfuzlu təşkilatla iqtisadi əməkdaşlığın gücləndirilməsi Azərbaycanın siyasi nüfuzunun artması və mövqeyinin güclənməsi anlamına gəlir. Bu baxımdan sazişi bizim dövlətlərimizin maraqlarına uyğun hesab edirəm".
"Hesab edirəm ki, hazırkı dövrdə bu saziş Aİ-nin Azərbaycana nə qədər ehtiyac duyduğunu ifadə edir. Onlar zaman-zaman bu ehtiyacı dilə gətirirlər. Düşünürəm ki, bu saziş regionumuzda və Azərbaycanla bağlı bütün məsələlərə öz təsirini göstərə bilər. İqtisadi əməkdaşlığın qurulması ilə qərbdəki bəzi dairələr Azərbaycanın haqlı mövqeyinə qarşı gəlməkdən imtina edəcəklər", - deyə millət vəkili vurğulayıb.
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü keçirilir - Sputnik Azərbaycan, 1920, 18.07.2022
SİYASƏT
Azərbaycan və Avropa İttifaqı arasında gözlənilən enerji sazişi imzalandı
Xəbər lenti
0