https://sputnik.az/20220719/bmt-nin-bas-katibi-rusiyanin-erzaq-mehsullarini-dunya-bazarlarina-qaytarmaga-cagirib-444139808.html
BMT-nin baş katibi Rusiyanın ərzaq məhsullarını dünya bazarlarına qaytarmağa çağırıb
BMT-nin baş katibi Rusiyanın ərzaq məhsullarını dünya bazarlarına qaytarmağa çağırıb
Sputnik Azərbaycan
Quterreş xəbərdarlıq edib ki, bəşəriyyət bu il bir çox bölgələrdə aclıqla üzləşə bilər. Gələn il isə vəziyyət daha da pisləşəcək. 19.07.2022, Sputnik Azərbaycan
2022-07-19T13:18+0400
2022-07-19T13:18+0400
2022-07-19T13:18+0400
dünya xəbərləri
bmt
antonio quterreş
birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852035_0:0:3000:1688_1920x0_80_0_0_9e80cc61a28c2d0d079fee1ecff75ac6.jpg
BAKI, 19 iyul — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş ərzaq təhlükəsizliyi tədbirinin iştirakçılarına videomüraciətində bildirib ki, Rusiya və Ukraynadan gələn ərzaqlar bazarlara qayıdarsa, dünyanın bir çox yerləri aclıqdan xilas ola bilər.O xəbərdarlıq edib ki, bəşəriyyət bu il bir çox regionlarda aclıqla üzləşəcək. Gələn il vəziyyət daha da pisləşəcək."Əgər biz birlikdə hərəkət etsək, "cəsarətli və əlaqələndirilmiş siyasi tədbirlər" hazırlasaq, bu fəlakətin qarşısını almaq olar. Bu, Ukraynanın qida istehsalının, eləcə də Rusiyanın qida və gübrə istehsalının dünya bazarlarına dərhal reinteqrasiyası və açıq beynəlxalq ticarətin qorunması deməkdir", - Quterreş deyib.BMT-nin ticarət və inkişaf Konfransının baş katibi Rebeka Qrinspan da, öz növbəsində, lüzumsuz məhdudiyyətlər tətbiq etməməyə və ticarəti açıq saxlamağa çağırıb. Onun sözlərinə görə, Rusiya və Ukrayna ərzaqlarının, eləcə də Rusiyadan gələn gübrələrin dünya bazarlarına reinteqrasiyası qlobal böhranla mübarizə üçün əsas tövsiyədir.Keçən həftə "Reuters" agentliyinin adı çəkilməyən Avropa rəsmilərinə istinadən verdiyi məlumata görə, Avropa Komissiyası ərzaq ixracına mane olma ehtimalını aradan qaldırmaq üçün Rusiyaya qarşı sanksiyaları tənzimləmək niyyətindədir.Qərb Rusiyanı Ukrayna taxılının dünya bazarlarına çıxarılmasına qarşı çıxmaqda dəfələrlə ittiham etsə də, Moskva bunu qəti şəkildə rədd edib. Eyni zamanda, Kiyev hakimiyyətinin özü taxıl ixracına çoxlu maneələr yaradır: Mariupol limanında taxılı yandırmaqla yanaşı, Ukrayna qoşunları Qara dənizin bəzi hissələrini minalayıblar, bu da taxılın gəmilərlə daşınmasına imkan vermir.Vəziyyətlə tanış olan "RİA Novosti" mənbəsinin məlumatına görə, iyulun 20-21-də Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin "taxıl məsələsi" ilə bağlı ilkin görüşü baş tuta bilər. Agentliyin həmsöhbəti bildirib ki, Qara dənizə taxıl daşıyan gəmilərin çıxarılmasına dair sazişin imzalanmasına heç bir ciddi maneə yoxdur, yalnız texniki detallar qalıb.
https://sputnik.az/20220713/bmt-rusiya-ukrayna-ve-turkiye-herbi-heyetlerinin-stanbul-gorusunden-memnundur-443976405.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/03/426852035_333:0:3000:2000_1920x0_80_0_0_730ec95c6b7c8b92763be1bb1df1de79.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
bmt, antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş, rusiya, ukrayna
bmt, antonio quterreş, birləşmiş millətlər təşkilatının baş katibi antonio quterreş, rusiya, ukrayna
BMT-nin baş katibi Rusiyanın ərzaq məhsullarını dünya bazarlarına qaytarmağa çağırıb
Quterreş xəbərdarlıq edib ki, bəşəriyyət bu il bir çox bölgələrdə aclıqla üzləşə bilər. Gələn il isə vəziyyət daha da pisləşəcək.
BAKI, 19 iyul — Sputnik. BMT-nin baş katibi Antonio Quterreş ərzaq təhlükəsizliyi tədbirinin iştirakçılarına videomüraciətində bildirib ki, Rusiya və Ukraynadan gələn ərzaqlar bazarlara qayıdarsa, dünyanın bir çox yerləri aclıqdan xilas ola bilər.
O xəbərdarlıq edib ki, bəşəriyyət bu il bir çox regionlarda aclıqla üzləşəcək. Gələn il vəziyyət daha da pisləşəcək.
"Əgər biz birlikdə hərəkət etsək, "cəsarətli və əlaqələndirilmiş siyasi tədbirlər" hazırlasaq, bu fəlakətin qarşısını almaq olar. Bu, Ukraynanın qida istehsalının, eləcə də Rusiyanın qida və gübrə istehsalının dünya bazarlarına dərhal reinteqrasiyası və açıq beynəlxalq ticarətin qorunması deməkdir", - Quterreş deyib.
BMT-nin ticarət və inkişaf Konfransının baş katibi Rebeka Qrinspan da, öz növbəsində, lüzumsuz məhdudiyyətlər tətbiq etməməyə və ticarəti açıq saxlamağa çağırıb. Onun sözlərinə görə, Rusiya və Ukrayna ərzaqlarının, eləcə də Rusiyadan gələn gübrələrin dünya bazarlarına reinteqrasiyası qlobal böhranla mübarizə üçün əsas tövsiyədir.
Keçən həftə "Reuters" agentliyinin adı çəkilməyən Avropa rəsmilərinə istinadən verdiyi məlumata görə, Avropa Komissiyası ərzaq ixracına mane olma ehtimalını aradan qaldırmaq üçün Rusiyaya qarşı sanksiyaları tənzimləmək niyyətindədir.
Qərb Rusiyanı Ukrayna taxılının dünya bazarlarına çıxarılmasına qarşı çıxmaqda dəfələrlə ittiham etsə də, Moskva bunu qəti şəkildə rədd edib. Eyni zamanda, Kiyev hakimiyyətinin özü taxıl ixracına çoxlu maneələr yaradır: Mariupol limanında taxılı yandırmaqla yanaşı, Ukrayna qoşunları Qara dənizin bəzi hissələrini minalayıblar, bu da taxılın gəmilərlə daşınmasına imkan vermir.
Vəziyyətlə tanış olan "RİA Novosti" mənbəsinin məlumatına görə, iyulun 20-21-də Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndələrinin "taxıl məsələsi" ilə bağlı ilkin görüşü baş tuta bilər. Agentliyin həmsöhbəti bildirib ki, Qara dənizə taxıl daşıyan gəmilərin çıxarılmasına dair sazişin imzalanmasına heç bir ciddi maneə yoxdur, yalnız texniki detallar qalıb.