https://sputnik.az/20220719/azerbaycanda-her-il-erzaqliq-bugdanin-tedaruk-qiymeti-mueyyenlesdirilecek-444156293.html
Azərbaycanda hər il ərzaqlıq buğdanın tədarük qiyməti müəyyənləşdiriləcək
Azərbaycanda hər il ərzaqlıq buğdanın tədarük qiyməti müəyyənləşdiriləcək
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il... 19.07.2022, Sputnik Azərbaycan
2022-07-19T20:35+0400
2022-07-19T20:35+0400
2022-07-19T20:35+0400
buğda
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443953415_0:107:2048:1259_1920x0_80_0_0_a269392fa8aa4788ac78121fd845d29f.jpg
BAKI, 19 iyul — Sputnik. Azərbaycanda ərzaqlıq buğdanın tədarük qiyməti müəyyənləşdiriləcək.Bu, Prezident İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanında əksini tapıb.Fərmana əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Ehtiyatları Agentliyinin təklifləri əsasında taxıl haqqında qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən ərzaqlıq buğdanın dövlət tədarükü ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.Nazirlər Kabinetinə Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında ərzaqlıq buğda istehsalçılarına müasir təsərrüfatların yaradılması və müasir suvarma sistemlərinin alınması üçün güzəştli şərtlərlə verilən kredit mexanizminin təkmilləşdirilməsi və dövlət zəmanətinin tətbiqi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən etmək tapşırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/0d/443953415_114:0:1934:1365_1920x0_80_0_0_cbf3fd7c7cac60fe6d1ed779f1b8582c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
buğda
Azərbaycanda hər il ərzaqlıq buğdanın tədarük qiyməti müəyyənləşdiriləcək
Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.
BAKI, 19 iyul — Sputnik. Azərbaycanda ərzaqlıq buğdanın tədarük qiyməti müəyyənləşdiriləcək.
Bu, Prezident İlham Əliyevin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərmanında əksini tapıb.
Fərmana əsasən, ilkin mərhələdə pilot layihə olaraq, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (tədarükçülər) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək.
Nazirlər Kabineti Kənd Təsərrüfatı Nazirliyinin və Dövlət Ehtiyatları Agentliyinin təklifləri əsasında taxıl haqqında qanunvericiliyin təkmilləşdirilməsi, o cümlədən ərzaqlıq buğdanın dövlət tədarükü ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Nazirlər Kabinetinə Kənd Təsərrüfatı Nazirliyinin təklifləri əsasında ərzaqlıq buğda istehsalçılarına müasir təsərrüfatların yaradılması və müasir suvarma sistemlərinin alınması üçün güzəştli şərtlərlə verilən kredit mexanizminin təkmilləşdirilməsi və dövlət zəmanətinin tətbiqi ilə bağlı təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, 2022-ci il avqustun 1-dək, növbəti illərdə isə hər il iyulun 1-dək ərzaqlıq buğdanın dövlət tədarük qiymətini müəyyən etmək tapşırılıb.