https://sputnik.az/20220719/abs-li-nazir-cinin-dunya-iqtisadiyyatina-tesir-cehdlerine-qarsi-cixmaga-cagirib-444143474.html
ABŞ-lı nazir Çinin dünya iqtisadiyyatına təsir cəhdlərinə qarşı çıxmağa çağırıb
ABŞ-lı nazir Çinin dünya iqtisadiyyatına təsir cəhdlərinə qarşı çıxmağa çağırıb
Sputnik Azərbaycan
Nazir RF neftinin ixrac qiymətinin məhdudlaşdırılmasını enerjidaşıyıcılarının bahalaşması probleminin həlli üçün güclü vasitə adlandırıb. 19.07.2022, Sputnik Azərbaycan
2022-07-19T21:33+0400
2022-07-19T21:33+0400
2022-07-19T21:33+0400
abş
dünya xəbərləri
çin
neft
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441075418_0:0:3073:1730_1920x0_80_0_0_ab4b09674b070651ad50247ebae6fdeb.jpg
BAKI, 19 iyul — Sputnik. Çərşənbə axşamı ABŞ-ın maliyyə naziri Janet Yellen inflyasiyanı azaltmaq və Çin kimi ölkələrə əsas materialların tədarükünə təsir vasitələrindən istifadəyə imkan verməmək üçün müttəfiqləri ilə davamlı təchizat zəncirlərini yaratmağa çağırıb. Bu barədə "Renhap" agentliyi məlumat verib."Biz Çin kimi ölkələrə iqtisadiyyatımızı sarsıtmaq və ya arzuolunmaz geosiyasi rıçaqlardan istifadə etmək üçün əsas xammal, texnologiya və ya məhsullar bazarındakı mövqelərindən istifadə etmələrinə icazə verə bilmərik", - deyə o, "etibarsız ölkələrdən" əsas tədarüklərin "həddindən artıq konsentrasiyası" ilə bağlı riskləri azaltmağın zəruriliyini vurğulayıb.Cənubi Koreyada səfərdə olan Yellen, Seul akkumulyator zavodunu ziyarət etdikdən sonra bildirib ki, hazırda "müttəfiqlərlə və tərəfdaşlarla əməkdaşlıq (...) iqtisadi inteqrasiya ilə gələn dinamizmin və məhsuldarlığın artmasının eyni vaxtda saxlanılması zamanı iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinin vacib elementidir".Amerika maliyyə nazirliyinin rəhbəri Rusiya neftinin ixrac qiymətinin məhdudlaşdırılmasını enerji daşıyıcılarının bahalaşması probleminin həlli üçün "ən güclü vasitə" adlandırıb, həmçinin müttəfiqlərini və tərəfdaş ölkələrini bu addıma qoşulmağa çağırıb.O, "Rusiyanı iqtisadi inteqrasiyanı silaha çevirdiyinə görə pisləyib və beynəlxalq qaydadan sui-istifadə edən və ya pozan ölkələrə "sərt nəticələr" vəd edib", - deyə agentliyin məlumatında bildirilir.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0d/441075418_0:0:2731:2048_1920x0_80_0_0_defe147b2e97dd4570b9a75c8b4ba578.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, çin, neft
ABŞ-lı nazir Çinin dünya iqtisadiyyatına təsir cəhdlərinə qarşı çıxmağa çağırıb
Nazir RF neftinin ixrac qiymətinin məhdudlaşdırılmasını enerjidaşıyıcılarının bahalaşması probleminin həlli üçün güclü vasitə adlandırıb.
BAKI, 19 iyul — Sputnik. Çərşənbə axşamı ABŞ-ın maliyyə naziri Janet Yellen inflyasiyanı azaltmaq və Çin kimi ölkələrə əsas materialların tədarükünə təsir vasitələrindən istifadəyə imkan verməmək üçün müttəfiqləri ilə davamlı təchizat zəncirlərini yaratmağa çağırıb. Bu barədə "Renhap" agentliyi məlumat verib.
"Biz Çin kimi ölkələrə iqtisadiyyatımızı sarsıtmaq və ya arzuolunmaz geosiyasi rıçaqlardan istifadə etmək üçün əsas xammal, texnologiya və ya məhsullar bazarındakı mövqelərindən istifadə etmələrinə icazə verə bilmərik", - deyə o, "etibarsız ölkələrdən" əsas tədarüklərin "həddindən artıq konsentrasiyası" ilə bağlı riskləri azaltmağın zəruriliyini vurğulayıb.
Cənubi Koreyada səfərdə olan Yellen, Seul akkumulyator zavodunu ziyarət etdikdən sonra bildirib ki, hazırda "müttəfiqlərlə və tərəfdaşlarla əməkdaşlıq (...) iqtisadi inteqrasiya ilə gələn dinamizmin və məhsuldarlığın artmasının eyni vaxtda saxlanılması zamanı iqtisadi dayanıqlılığın möhkəmləndirilməsinin vacib elementidir".
Amerika maliyyə nazirliyinin rəhbəri Rusiya neftinin ixrac qiymətinin məhdudlaşdırılmasını enerji daşıyıcılarının bahalaşması probleminin həlli üçün "ən güclü vasitə" adlandırıb, həmçinin müttəfiqlərini və tərəfdaş ölkələrini bu addıma qoşulmağa çağırıb.
O, "Rusiyanı iqtisadi inteqrasiyanı silaha çevirdiyinə görə pisləyib və beynəlxalq qaydadan sui-istifadə edən və ya pozan ölkələrə "sərt nəticələr" vəd edib", - deyə agentliyin məlumatında bildirilir.