Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Yapon pianoçusu ifası ilə salonu coşdurub

© Sputnik / Shahperi AbbasovaBeynəlxalq Muğam Mərkəzində Yaponiyanın məşhur piano ifaçısı və bəstəkarı Tempei Nakamuranın konserti
Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın məşhur piano ifaçısı və bəstəkarı Tempei Nakamuranın konserti - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Abunə olmaq
Musiqiçi xeyriyyə konsertlərindən əldə etdiyi gəliri zəlzələdən əziyyət çəkən insanlara bağışlayır.
BAKI, 18 iyul — Sputnik. Bu gün Beynəlxalq Muğam Mərkəzində Yaponiyanın məşhur piano ifaçısı və bəstəkarı Tempei Nakamuranın konserti keçirilib. Tədbir Yaponiyanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə ərsəyə gəlib.
Konsertdən öncə jurnalistlərə açıqlama verən Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Vada Cüniçi bildirib ki, tədbir Yaponiya və Azərbaycanda arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edib:

"Çox sevinirəm ki, Yaponiyanın gənc və istedadlı pianoçusunun konsertini təşkil edə bilmişik. "Yaponiya-Azərbaycan Dostluq İli" çərçivəsində başqa tədbirlərimiz də nəzərdə tutulub. Məsələn, bu həftəsonu Dənizkənarı milli parkda "Çərpələng festivalı" baş tutacaq. Bundan əlavə, "Yapon döyüş sənətləri" festivalı və yapon operası baş tutacaq. Bu dəfə alınmasa da, istəyirəm ki, gələcəkdə yapon və Azərbaycan musiqi alətləri ilə musiqi sintezi edib, ictimaiyyətə təqdim edək".

© Sputnik / Shahperi AbbasovaVada Cüniçi
Vada Cüniçi - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Vada Cüniçi
Nakamura Tempei konsertdə Yaponiya və dünyanın aktual məsələlərini əks etdirən unikal musiqi parçaları ilə çıxış edib. Dünyanın bir çox ölkələrində konsert verən və hazırda Avropa turuna çıxan pianoçu "Carpe-Diem"(Şansını qaçırma), "Red Dragonfly" ("Qırmızı cırcırama"), "Dragon's tear"(" Əjdahanın göz yaşları"), "Glorious Fanfare" ("Şanlı şeypur"), "Sipiritual Road" ("Mənəvi yol") kimi əsərlərini təqdim edib.
Qeyd edək ki, Nakamura Tempei indiyədək dəfələrlə Yaponiya, Amerika və Avropa ölkələrində konsertlə çıxış edib.
Daha çox xeyriyyə konsertləri ilə tanınan sənətçi müxtəlif ölkələrdə baş tutan konsertlərindən əldə etdiyi gəliri Yaponiyada zəlzələdən əziyyət çəkən insanlara bağışlayıb. Qeyd edək ki, yapon pianoçusunun konserti anşlaqla keçib.
Xəbər lenti
0