Vaşinqtonun Kiyevə sponsorluğunu dayandıracağı üç şərt KİV-də yer alıb

© AP Photo / Vadim GhirdaUkrayna hərbçiləri
Ukrayna hərbçiləri - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Abunə olmaq
Maliyyə çətinliyi ilə üzləşən sadə amerikalılara büdcə pullarının niyə məhz Ukraynaya göndərilməsini izah etmək getdikcə çətinləşir.
BAKI, 18 iyul — Sputnik. Ukrayna Prezidenti Volodimir Zelenski rejiminin gələcəkdə Rusiyaya qarşı döyüşməsi üçün Amerika tərəfindən maliyyələşdirilməsi ABŞ-ın özündə yaranan iqtisadi və siyasi qeyri-sabitlik səbəbindən dayana bilər. Bu barədə "The Economist" nəşri yazıb.
Məqalə müəlliflərinin fikrincə, may ayında 40 milyard dollarlıq əlavə büdcənin təsdiqindən sonra demokrat siyasətçilər arasında Kiyevin dəstəklənməsinə ayrılan böyük xərclərdən narazılıq yaranıb:

"Ukraynaya yardım maliyyə ilinin sonuna - 30 sentyabra kimi hesablanıb, lakin heç kim pulun nə vaxt tükənəcəyini dəqiq bilmir. Konqresdə az-az adam inanır ki, aralıq seçkilərə qədər Ukraynaya daha bir böyük yardım paketi qəbul edilə bilər. Çoxları deyir ki, bundan sonra çətinliklərin yaranması ehtimalı var".

Müşahidəçilər hesab edirlər ki, ABŞ-ın Ukraynaya dəstəyi 3 amillə əlaqədar olaraq zəifləyəcək. Birincisi, respublikaçıların aralıq seçkilərində mümkün qələbəsidir ki, onların arasında partiyanın çoxlu gənc nümayəndələri də ola bilər.
"Əgər onlar məsrəflər üzrə qanun layihələrinin nəzərdən keçirildiyi nümayəndələr Palatasında respublikaçıların böyük bir hissəsini təşkil etsələr və xüsusən də güc balansına sahib olsalar, Ukraynaya daha çox yardım göstərmək çətinləşəcək", - deyə müəlliflər izah ediblər.
Nümayəndələr Palatasından demokrat Ruben Qalleqonun bir qədər əvvəl dediyi kimi, bu halda Kiyev tamamilə dəstəksiz qalacaq.
Büdcə pullarının niyə Ukraynaya göndərilməsini maliyyə çətinliyi ilə üzləşən sadə amerikalılara izah etməyin getdikcə çətinləşdiyi vurğulanır. Bu cür tədbirlərin qeyri-populyarlığı sonrakı qərarlara təsir göstərə bilər.
Məqalədə deyilir ki, ümumilikdə, Ukraynaya dəstəyin iqtisadi bədəlini ödəməyə hazır olan amerikalılar mart ayına nisbətən onsuz da daha azdır. Lakin Merilend Universitetində aparılan son sorğu demokratlarla respublikaçılar arasında uçurumun da genişləndiyini göstərdi. Demokratlar arasında 78 faizi daha bahalı yanacağın olması ilə razıdır. 72 faiz isə Ukraynaya kömək etmək üçün yüksək inflyasiyaya dözməyə hazırdır. Respublikaçılar arasında isə müvafiq olaraq yalnız 44 və 39 faiz bunu edəcək.
Kiyev rejimini sponsorluq sərmayələrindən məhrum edə biləcək üçüncü amil kimi müəlliflər ABŞ Prezidenti Co Bayden administrasiyasının silah tədarükünü davam etdirərək "müəyyən" səbəblərə görə dəstəklədiyi uzanan münaqişənin perspektivini hesab edirlər.
Xəbər lenti
0