https://sputnik.az/20220718/suriya-ve-raqdan-qaytarilan-vetendaslarin-sosial-reabilitasiyasi-nece-aparilir-444124885.html
Suriya və İraqdan qaytarılan vətəndaşların sosial reabilitasiyası necə aparılır
Suriya və İraqdan qaytarılan vətəndaşların sosial reabilitasiyası necə aparılır
Sputnik Azərbaycan
Xaricdə hərbi əməliyyatlarda iştirak etmək üçün ölkəni tərk etmiş Azərbaycan vətəndaşlarının doğulmuş uşaqları dövlət orqanları tərəfindən geri qaytarılır. 18.07.2022, Sputnik Azərbaycan
2022-07-18T21:45+0400
2022-07-18T21:45+0400
2022-07-18T21:45+0400
cəmiyyət
suriya
iraq
əəsmn
reabilitasiya
qaytarılma
vətən
https://cdnn1.img.sputnik.az/img/42330/94/423309462_901:715:3071:1936_1920x0_80_0_0_682cac8d4939daccf3b0d4d0f692e2cc.jpg
BAKI, 18 iyul - Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi İraq və Suriyadan Vətənə qaytarılan şəxslərin (repatriant) sosial re-inteqrasiyası və sosial-reabilitasiyası tədbirlərini davam etdirir. Nazirlikdən verilən xəbərə görə, artıq Suriya və İraqdan ölkəyə gətirilən daha 10 repatriant uşaq və 2 ana yaşadıqları ailədə Agentliyin sosial işçiləri tərəfindən təfsilatlı qiymətləndirilib və onlar üçün sosial reabilitasiya planı hazırlanıb.Məlumatda qeyd olunur ki, psixoloqlar tərəfindən ilkin sosial-psixoloji yardım xidməti zamanı hər bir şəxslə ayrıca psixoloji qiymətləndirmə həyata keçirilib, travma sonrası müşahidə olunan əlamətlərin kəskinliyi qiymətləndirilib.Repatriasiya olunmuş şəxslər və onların ailə üzvləri ilə sosial-psixoloji dəstək üzrə xüsusi əhəmiyyət daşıyan reabilitasiya işi davam etdirilir.O da bildirilir ki, cari ilin ilk 6 ayında Sosial Xidmətlər Agentliyinin psixoloqları tərəfindən ümumilikdə 11 rayon üzrə 105 repatriasiya olunmuş şəxs sosial reabilitasiya və re-inteqrasiya işinə cəlb edilib. Ümumilikdə isə ölkə üzrə 146 ailədə 378 repatriantla iş aparılır.Qeyd olunur ki, 2018-ci ilin avqust ayından etibarən Azərbaycan vətəndaşları mərhələli şəkildə repatriasiya edilir. Həmin şəxslərin reabilitasiya və re-inteqrasiyası aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42330/94/423309462_1062:541:3071:2048_1920x0_80_0_0_b488914d6871c65de7478ca74298ce62.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
suriya, iraq, əəsmn, reabilitasiya, qaytarılma, vətən
suriya, iraq, əəsmn, reabilitasiya, qaytarılma, vətən
Suriya və İraqdan qaytarılan vətəndaşların sosial reabilitasiyası necə aparılır
Xaricdə hərbi əməliyyatlarda iştirak etmək üçün ölkəni tərk etmiş Azərbaycan vətəndaşlarının doğulmuş uşaqları dövlət orqanları tərəfindən geri qaytarılır.
BAKI, 18 iyul - Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi İraq və Suriyadan Vətənə qaytarılan şəxslərin (repatriant) sosial re-inteqrasiyası və sosial-reabilitasiyası tədbirlərini davam etdirir.
Nazirlikdən verilən xəbərə görə, artıq Suriya və İraqdan ölkəyə gətirilən daha 10 repatriant uşaq və 2 ana yaşadıqları ailədə Agentliyin sosial işçiləri tərəfindən təfsilatlı qiymətləndirilib və onlar üçün sosial reabilitasiya planı hazırlanıb.
Məlumatda qeyd olunur ki, psixoloqlar tərəfindən ilkin sosial-psixoloji yardım xidməti zamanı hər bir şəxslə ayrıca psixoloji qiymətləndirmə həyata keçirilib, travma sonrası müşahidə olunan əlamətlərin kəskinliyi qiymətləndirilib.
Repatriasiya olunmuş şəxslər və onların ailə üzvləri ilə sosial-psixoloji dəstək üzrə xüsusi əhəmiyyət daşıyan reabilitasiya işi davam etdirilir.
O da bildirilir ki, cari ilin ilk 6 ayında Sosial Xidmətlər Agentliyinin psixoloqları tərəfindən ümumilikdə 11 rayon üzrə 105 repatriasiya olunmuş şəxs sosial reabilitasiya və re-inteqrasiya işinə cəlb edilib. Ümumilikdə isə ölkə üzrə 146 ailədə 378 repatriantla iş aparılır.
Qeyd olunur ki, 2018-ci ilin avqust ayından etibarən Azərbaycan vətəndaşları mərhələli şəkildə repatriasiya edilir. Həmin şəxslərin reabilitasiya və re-inteqrasiyası aidiyyəti dövlət qurumları ilə birgə həyata keçirilir.