Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Səhiyyə Nazirliyindən Azərbaycanda meymunçiçəyinə yoluxma ilə bağlı açıqlama

© AP Photo / Virginia MayoМальчику вводят вакцину, когда он смотрит на фотографии обезьян
Мальчику вводят вакцину, когда он смотрит на фотографии обезьян - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Abunə olmaq
Epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur.
BAKI, 18 iyul — Sputnik. Bu gün üçün meymunçiçəyi ilə bağlı Azərbaycanda yoluxma faktı qeydə alınmayıb.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, epidemioloji vəziyyət diqqətlə izlənilir və şübhəli hallar qeyd edildikdə PZR üsulu ilə laborator diaqnostika üçün bütün imkanlar mövcuddur: "Testlərdən istifadəyə gəldikdə bu günə qədər iki testdən istifadə edilib. Müraciət edənlərdən test nümunələri götürərək Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Hər iki şəxsin test nəticəsi neqativdir".
Xatırladaq ki, meymunçiçəyi virusu (MPV və ya MPXV) insanlarda və heyvanlarda meymunçiçəyi xəstəliyinə səbəb olan ikiqat zəncirli DNT virusdur. Virus ilk dəfə meymunda aşkar edilib, 1970-ci ildən bəri on Afrika ölkəsində sporadik epidemiyalar qeydə alınıb. Afrikadan kənarda xəstəliyin ilk yayılması halı 2003-cü ildə ABŞ-da qeydə alınıb. Avropada ilk təsdiqlənmiş yoluxma halı 2022-ci ilin may ayında qeydə alınıb və iki həftə sonra yoluxma halları artıq 100-ə yaxınlaşıb.
Meymunçiçəyi zamanı dəridə səpgilər - Sputnik Azərbaycan, 1920, 15.07.2022
CƏMİYYƏT
Meymunçiçəyi Azərbaycana da gələcək - onu qarşılamağa hazırıq?
Xəbər lenti
0