Портфель чиновника, фото из архива - Sputnik Azərbaycan, 1920
SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevin AK prezidenti ilə geniş tərkibdə görüşü keçirilib - Yenilənib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü keçirilir
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti ilə geniş tərkibdə görüşü keçirilir - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Xəbərlərə abunə olun
Yandex newsTelegram
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen və Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simsonun Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmaq üçün bazar ertəsi Bakıya gələcəyi ilə bağlı məlumat verilmişdi.
BAKI, 18 iyul — Sputnik. İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə geniş tərkibdə görüşü keçirilir.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
- Xoş gəlmisiniz, xanım Prezident. Sizi görməyimə çox şadam. Səfərinizə görə minnətdaram. Səfəriniz həqiqətən ikitərəfli əməkdaşlığımızın vacibliyini nümayiş etdirir. Çox şadıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr ikitərəfli əməkdaşlıq, eləcə də Şərq Tərəfdaşlığı çərçivəsində çox uğurla inkişaf edir. Bizim siyasi münasibətlərin inkişafı baxımından, sözün əsl mənasında, çox yaxşı nailiyyətlərimiz var. Çox fəal siyasi təmaslar mövcuddur. Bilirsiniz ki, Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır. Əminəm ki, gələn illərdə icrasını planlaşdırdığımız layihələr ticari əməkdaşlığımızı genişləndirəcək. Əlbəttə ki, enerji sahəsində əməkdaşlıq hər zaman gündəliyimizdə üstün yer tutub. Bu gün xüsusən də belədir. Hesab edirəm ki, çox yaxşı nəticələrimiz, nailiyyətlərimiz var. Bu ilin əvvəlində, xanım komissarın səfərindən sonra, biz enerji dialoqunu başlamışıq. Fikrimcə, bu, həmçinin qarşılıqlı marağın çox yaxşı əlamətidir.
Enerji təhlükəsizliyinə aid məsələlər birmənalı olaraq bu gün qlobal gündəlikdə ən üstün məsələlərdən biridir. Lakin bundan başqa, biz təhsil, daşımalar və bütün digər sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıyıq. Azərbaycan ilə Avropa İttifaqı arasında yeni sazişə aid hazırda müzakirə etdiyimiz məsələlər potensial əməkdaşlığımızın bütün sahələrini əhatə edir. Əminəm ki, səfəriniz zamanı biz bu və digər məsələləri müzakirə edəcəyik. Həmçinin bizi bu gün çox mühüm mərasim gözləyir və o, enerji sahəsində yeni geniş əməkdaşlığın başlanmasından xəbər verəcək. Xoş gəlmisiniz. Sizə uğurlu səfər arzulayıram.
Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen dedi:
- Çox sağ olun. Səmimi qəbula görə çox sağ olun, cənab Prezident. Həqiqətən söylədiyiniz kimi, bizim aramızda uzunmüddətli tərəfdaşlıq var. Şərq Tərəfdaşlığı xüsusi olaraq Azərbaycanı əhatə edir. Əla münasibətləri daha da dərinləşdirmək istəyirik. Bu gün imzalayacağımız Anlaşma Memorandumuna nəzər salsaq, qeyd etməliyəm ki, ilk növbədə, həmin sənəd nümayəndələrimizin apardığı əla işin nəticələrinə əsaslanır. Orada enerji sektorunda etibarlı tərəfdaşlıq, eləcə də orta və uzun perspektivdə bərpaolunan enerji məsələləri xüsusi qeyd edilir. Bir sözlə, sənəd bu gün təfərrüatla müzakirə etdiyimiz bütün məsələləri əhatə edir. Əlbəttə ki, Sizin də söylədiyiniz kimi, Anlaşma Memorandumundan başqa, Avropa İttifaqı ilə Azərbaycan arasında saziş də nəzərdə tutulur. Bunu elə indicə xarici işlər naziri ilə müzakirə etdik - həmin sazişə yeni təkan verək, daha irəliyə gedək və qalan məsələləri müzakirə edək.
Президент Еврокомиссии Урсула фон дер Ляйен прибылa с визитом в Азербайджан - Sputnik Azərbaycan, 1920, 18.07.2022
SİYASƏT
Avropa Komissiyasının Prezidenti: "Yeni saziş imzalamaq üçün Azərbaycana gəlmişəm"
Xəbər lenti
0