Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə şəhidin beş yaşlı övladı bədbəxt hadisənin qurbanı olub

© Photo : QafqazinfoHəmid Cəfərli
Həmid Cəfərli  - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Abunə olmaq
Müayinə zamanı məlum olub ki, yad cisim azyaşlının nəfəs borusuna düşüb və o, nəfəs ala bilmədiyi üçün həyatını itirib.
BAKI, 18 iyul — Sputnik. Gəncədə 5 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.
Ötən axşam şəhər sakini 2017-ci il təvəllüdlü H.Cəfərlinin boğazında şokolad kağızı qalıb. O, təcili xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Müayinə zamanı məlum olub ki, yad cisim azyaşlının nəfəs borusuna düşüb və o, nəfəs ala bilmədiyi üçün həyatını itirib.
Qeyd edək ki, H.Cəfərli Vətən Müharibəsi şəhidi Həmid Cəfərlinin övladıdır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Həmid Cəfərli 2020-ci il oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. İxtisasca kəşfiyyatçı olan H.Cəfərli "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Xəbər lenti
0