Bullinqdən yaxa qurtarmaq üçün valideynlərin cəzalandırılması tələb edilir
10:01 18.07.2022 (Yenilənib: 10:26 18.07.2022)
© Depositphotos.com / TomwangMəktəbdə zorakılığa məruz qalan kiçik qız, arxiv şəkli
© Depositphotos.com / Tomwang
Abunə olmaq
Problemlərdən xilas olmaq üçün Vəkillər Kollegiyası təklif gözləyir.
BAKI, 18 iyul — Sputnik. Əgər bir məktəbli digərinə qarşı bullinq edirsə, bu zaman zərərvuran şəxsin valideyninə də xəbərdarlıq edilməlidir. Valideynlərə qarşı inzibati qaydada hansısa cəza tətbiq olunarsa, hər bir valideyn övladı üzərində məsuliyyətini daha yaxşı anlayar.
Bu fikirləri hüquqşünas Fariz Əkbərov Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırovun bir müddət əvvəl bullinqlə bağlı tədbirlər planının hazırlanması haqda təkliflərlə bağlı fikrinə münasibət bildirərkən deyib.
Qeyd edək ki, Anar Bağırov hazırda ən böyük problemlərdən birinin bullinq və hiperbullinq olduğunu dilə gətirib:
"Bu məsələ bizi də ciddi narahat edir. Bununla bağlı geniş tədbirlər planı hazırlanmalı və məktəblərdə, digər ictimai yerlərdə mübarizə gücləndirilməlidir".
© Sputnik / Nigar IskanderovaFariz Əkbərov - Hüquqşünas
Fariz Əkbərov - Hüquqşünas
© Sputnik / Nigar Iskanderova
Hüquqşünas F.Əkbərovun sözlərinə görə, qanunvericilikdə 14-18 yaşda olan şəxslərin qismən də olsa müəyyən məsuliyyətinin olduğu əksini tapıb.
"Lakin əfsuslar olsun ki, məktəblilərlə bağlı valideyn məsuliyyəti deyə bir anlayış yoxdur. Yəni hansısa xuliqanlıq əməllərində valideynlərin övladlarına görə inzibati formada cəzalandırılması prinsipi yoxdur", - deyə mütəxəssis aydınlaşdırıb.
O, illərdir ki, məktəblərdə bullinq hallarının baş verdiyinə diqqət çəkib:
"Bu özünü ya seksual hərəkətlər, şantajlar, ya da digər formalarda göstərir. Övladıın xuliqanlığına, kiməsə qarşı bullinq etməsinə görə də valideynlərlə bağlı qanunvericilikdə konkret müddəa yoxdur. Dəfələrlə valideyn məsuliyyəti ilə bağlı müddəaların artırılmasını təklif etmişik. Təəssüflər olsun ki, yalnız cinayət hadisəsi törədildikdə hansısa addım atılır. Əslində isə buna qədər də müəyyən işlər görülməlidir".
Mütəxəssis təəssüflə bildirir ki, məktəblərdə psixoloji iş adı altında əksər hallarda şagirdləri yığıb müəyyən iş aparmağa çalışırlar.
"Lakin bu düzgün yanaşma deyil. Məktəblərdə bullinqin qarşısını almaq üçün ilk olaraq valideynlər maarifləndirilməlidir. Bu ya hansısa bir qanun, yaxud da fəaliyyət planına əsasən məcburi şəkildə aparıla bilər. Valideynlərl öncədən psxioloji və maarifləndirmə işlərinə cəlb olunaraq 14-17 yaşlı övladları ilə necə rəftar etməli olduqlarını bilməldirlər. Bir var valideyn hüquqları, bir də var vəzifələri. Valideynə vəzifələri aşılanmır ki, bu da mənfi hallara səbəb olur".
CC BY 2.0 / Tanjila Ahmed / Take meZorakılıq, arxiv şəkli
Zorakılıq, arxiv şəkli
Ekspert əvvəllər valideyn-müəllim assoasiyalarının olmasını, Sovet dövründə isə məktəblərdə təlim-tərbiyə prosesinə isə xüsusi əhəmiyyət verildiyini dilə gətirib:
"Bu gün məktəblərdə tərbiyə məsələsi kənarda qalıb".
F.Əkbərov həmçinin bildirir ki, ali məktəbə daxil olmadığı üçün valideynləri tərəfindən qınanılan abituriyentlər, bununla bağlı səsləndirilən tənqidlər də bəzən bullinqə səbəb ola bilir:
"Bullinqlə bağlı bizə də çoxlu müraciətlər olur. Yalnız bu hallarda deyil, ailədə tərəflər boşandıqda da bu kimi problemlər yaşana bilər. Bunun qarşısını almaq üçün tərəflər məcburi şəkildə psixoloqa yönləndirilməlidir. Çünki boşanan zaman da tərəflərdən birinin digərini şantaj etməsi hallarına rast gəlinir".
Hüquqşünas boşanmadan sonra tərəflərin psixoloji yardım almasını və hansısa məktəbli tərəfindən törədilən əmələ görə də valideyninin də məsuliyyətə cəlb olunması, cəzalandırılmasının vacibliyini bir daha vurğulıayıb.
Məsələ ilə bağlı Vəkillər Kollegiyasından bildirilib ki, bununla əlaqədar onlara rəsmi olaraq hansısa layihə daxil olmayıb, hansısa layihə daxil olarsa, qurum dəstək göstərməyə hazırdır.