https://sputnik.az/20220718/bakida-25-neferi-gun-vurub-444108342.html
Bakıda 25 nəfəri gün vurub
Bakıda 25 nəfəri gün vurub
Sputnik Azərbaycan
TƏBİB-dən verilən məlumatda qeyd edilib ki, onlardan 17 nəfəri hospitalizasiya edilib, 8 nəfərə yerində yardım göstərilib. 18.07.2022, Sputnik Azərbaycan
2022-07-18T16:53+0400
2022-07-18T16:53+0400
2022-07-18T16:53+0400
gün
səhiyyə
günvurma
təbib
https://cdnn1.img.sputnik.az/img/07e4/09/16/424997732_0:82:1960:1185_1920x0_80_0_0_19c2fa7c4436facd8fe0590536374290.jpg
BAKI, 18 iyul — Sputnik. Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 nəfər müraciət edib.Bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd edilib ki, onlardan 17 nəfəri hospitalizasiya edilib, 8 nəfərə yerində yardım göstərilib.Müraciət edənlərdən 19-u böyük, 6-sı uşaq olub.Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bu həftənin birinci yarısında ölkə ərazisində yağmursuz, isti hava şəraitinin davam edəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.Həftənin ikinci yarısında iyulun 22-23-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Havanın temperaturu bir qədər enərək, aran rayonlarında 34-39°, dağlarda 22-26°, Bakıda və Abşeron yarımadasında isə 30-33° isti olacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/16/424997732_136:0:1824:1266_1920x0_80_0_0_20514e39e011c9e2a27f805ebc70af4e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
gün, günvurma, təbib
Bakıda 25 nəfəri gün vurub
TƏBİB-dən verilən məlumatda qeyd edilib ki, onlardan 17 nəfəri hospitalizasiya edilib, 8 nəfərə yerində yardım göstərilib.
BAKI, 18 iyul — Sputnik. Yay mövsümü başlayandan günvurma ilə bağlı olaraq TƏBİB-in tabeliyində olan Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 25 nəfər müraciət edib.
Bu barədə TƏBİB-dən məlumat verilib. Qeyd edilib ki, onlardan 17 nəfəri hospitalizasiya edilib, 8 nəfərə yerində yardım göstərilib.
Müraciət edənlərdən 19-u böyük, 6-sı uşaq olub.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, bu həftənin birinci yarısında ölkə ərazisində yağmursuz, isti hava şəraitinin davam edəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Həftənin ikinci yarısında iyulun 22-23-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Havanın temperaturu bir qədər enərək, aran rayonlarında 34-39°, dağlarda 22-26°, Bakıda və Abşeron yarımadasında isə 30-33° isti olacaq.