SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycandan Aİ-yə təchiz edilən qazın həcmi ikiqat artırılacaq - Ursula Fon der Lyayen

© Official website of President of Azerbaijan Republic VUGAR AMRULLAYEVAzərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər  - Sputnik Azərbaycan, 1920, 18.07.2022
Abunə olmaq
İlham Əliyev və Ursula Fon der Lyayenin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
BAKI, 18 iyul - Sputnik. İyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatlarla çıxış ediblər.
Bakıda çox səmimi qəbula görə dövlət başçısına təşəkkür edən Avropa Komissiyasının Prezidenti Azərbaycanın Avropa üçün mühüm enerji tərəfdaşı olduğunu dilə gətirib.
"Siz təkcə təchizat təhlükəsizliyi sahəsində deyil, həmçinin iqlim neytrallığı sahəsində də hər zaman etibarlı olmusunuz", - deyə xanım Ursula Fon der Lyayen bildirib.
Onun sözlərinə görə, bu gün imzalanmış Anlaşma Memorandumu ölkəmizlə qurum arasında enerji tərəfdaşlığını daha da gücləndirir.
Dajha sonra Avropa Komissiyasının Prezidenti Anlaşma Memorandumumunun üç məqamını vurğulayıb:
"Birincisi, biz Azərbaycandan Avropa İttifaqına təchiz edilən qazın həcmini ikiqat artıracağıq. Bu Memorandum vasitəsilə biz Cənub Qaz Dəhlizinin genişləndirilməsi ilə bağlı üzərimizə öhdəlik götürürük. Bu, artıq Avropa İttifaqı üçün çox vacib təchizat marşrutudur və onun vasitəsilə ildə 8 milyard kubmetr qaz nəql edilir. Biz bir neçə il ərzində onun ötürücülük imkanını 20 milyard kubmetrə çatdıracağıq. Gələn ildən biz 12 milyard kubmetr göstəriciyə çatacağıq, beləliklə Rusiyadan qaz təchizatının həcmini azaldacağıq və Avropanın təchizat təhlükəsizliyinə ciddi töhfə verəcəyik.
Memorandumdakı ikinci mühüm məqam bərpaolunan enerji ilə bağlıdır. Azərbaycan bərpaolunan enerji sahəsində nəhəng potensiala malikdir. Cənab Prezident, Siz artıq bununla bağlı fikirlərinizi bildirdiniz. Xüsusilə də dənizin külək enerjisini və “yaşıl” hidrogeni qeyd etmək istəyirəm. Biz ikitərəfli görüşümüzdə bu mövzunu geniş müzakirə etdik. Bu gün imzalanan Anlaşma Memorandumu vasitəsilə biz həmin sahədə əməkdaşlığımızın möhkəm təməlini qoyuruq. Azərbaycan yanacaq növlərinin təchizatçısı olmaqla yanaşı, tədricən Avropa İttifaqı üçün bərpaolunan enerji növlərini təchiz edən mühüm və etibarlı tərəfdaşa çevriləcək.
Nəhayət, bizim qaz sahəsindəki əməkdaşlığımız iqlimlə bağlı məsuliyyətimizlə uzlaşmalıdır. Məsələn, buraya metan qazının tullantıları da daxildir. Bizim Memorandum bütün qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı öhdəlik nəzərdə tutur. Cənab Prezident, bunu Sizinlə də müzakirə etdik – mən Azərbaycanı qlobal metan öhdəliyinə qoşulmağa dəvət edirəm. Bu günə qədər bu öhdəlik 119 ölkə tərəfindən dəstəklənib. Azərbaycan böyük tərəqqiyə nail olub, nümayiş və təqdim etməyə bir çox nailiyyəti var".
Qurum rəhbəri Avropa İttifaqının Cənubi Qafqaz regionu ilə sıx bağlı olduğunu dilə gətirib:
"Biz tərəfdaşlığımıza dəyər veririk və bu tərəfdaşlıq zaman keçdikcə ardıcıl şəkildə daha da inkişaf edəcək və dərinləşəcək", - deyə o bildirib.
Sonda xanım Ursula Fon der Lyayen bir daha səmimi qəbula və birgə Anlaşma Memorandumunun imzalanmasına görə Prezident İlham Əliyevə təşəkkür edib.
Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər  - Sputnik Azərbaycan, 1920, 18.07.2022
SİYASƏT
Başlatdığımız enerji layihələri qitənin enerji xəritəsini tamamilə dəyişir - Prezident
Xəbər lenti
0