Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Azərbaycanda benzinin qiyməti necə artıb

Abunə olmaq
BAKI, 18 iyul — Sputnik. Ötən həftə Azərbaycanda son bir ildə ilk dəfə olaraq avtomobil yanacağının qiyməti bahalaşıb - Aİ-95 (Premium) markalı benzinin litri 1,60 manatdan 2,00 manata, Aİ-98 (Super) markalı benzinin qiyməti isə 1,90 manatdan 2,30 manata qalxıb.
"SOCAR Petroleum"un mətbuat xidmətinin rəhbəri Üzeyir Həbibbəylinin sözlərinə görə, Azərbaycanda benzinin bahalaşmasına səbəb ötən ildən neftin qiymətinin kəskin yüksəlməsi, eləcə də dünyada inflyasiya fonunda nəqliyyat xərclərinin əhəmiyyətli dərəcədə artması olub.
Ümumiyyətlə, son 6 ildə ən çox istehlak olunan Aİ-92 markalı benzin cəmi 10 qəpik bahalaşıb - ötən il bu markalı benzinin bir litri 0,90 manatdan 1 manata yüksəlib.
Demək olar ki, hər il Aİ-95 və Aİ-98 premium markalı benzinlərin qiymətləri dəyişirdi. 2017-ci ildən bu ilə qədər Aİ-95 markalı benzinin bir litri 75 qəpik bahalaşıb. Aİ-98 markalı benzin 6 il ərzində 80 qəpik artıb.
Eyni zamanda qeyd etmək lazımdır ki, ölkədə istehlak olunan avtomobil yanacağının təxminən 9%-ni premium markalı benzinlər təşkil edir.
Xəbər lenti
0