https://sputnik.az/20220718/atmosferi-cirklendiren-sadliq-saraylari-cerimelenib-444112207.html
Atmosferi çirkləndirən şadlıq sarayları cərimələnib
Atmosferi çirkləndirən şadlıq sarayları cərimələnib
Sputnik Azərbaycan
Faktlarla bağlı restoran və şadlıq saraylarının istismarçıları barəsində protokol tərtib olunaraq cərimə tətbiq edilib. 18.07.2022, Sputnik Azərbaycan
2022-07-18T20:11+0400
2022-07-18T20:11+0400
2022-07-18T20:11+0400
atmosfer
cəmiyyət
tullantı
şadlıq sarayı
https://cdnn1.img.sputnik.az/img/42318/28/423182821_0:0:2915:1640_1920x0_80_0_0_103d72001b99b5be632213ef73b253ac.jpg
BAKI, 18 iyul — Sputnik. Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.Keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərinin Binəqədi və Xətai rayonları ərazisində fəaliyyət göstərən "Çıraq Palas", "Afrodita", "Nağıl Bağı", Sumqayıt şəhərində fəaliyyət göstərən "Qubadlı", "Yaxta" və "İbiza" ictimai-iaşə obyektlərindən havaya normadan artıq tullantı atılması, atmosferin kanserogen maddələrlə çirkləndirilməsi müəyyən olunub.Faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən sözügedən restoran və şadlıq saraylarının istismarçıları barəsində protokol tərtib olunaraq cərimə tətbiq edilib.Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin istismarçılarına bir daha çağırış edir ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər.Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nəzarət tədbirləri davam etdirilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42318/28/423182821_0:0:2729:2047_1920x0_80_0_0_cc3fe2aacd973ecd650f6f66fa4e731e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
atmosfer, tullantı, şadlıq sarayı
atmosfer, tullantı, şadlıq sarayı
Atmosferi çirkləndirən şadlıq sarayları cərimələnib
Faktlarla bağlı restoran və şadlıq saraylarının istismarçıları barəsində protokol tərtib olunaraq cərimə tətbiq edilib.
BAKI, 18 iyul — Sputnik. Ölkə ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektləri, şadlıq sarayları və restoranlarda keçirilən növbəti monitorinqlər zamanı havaya normadan artıq tullantı atan və normativlərə uyğun fəaliyyət göstərməyən ictimai-iaşə obyektləri barəsində qanunamüvafiq tədbirlər görülüb.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Keçirilən monitorinq və səyyar laboratoriya vasitəsilə aparılan ölçmə işləri zamanı Bakı şəhərinin Binəqədi və Xətai rayonları ərazisində fəaliyyət göstərən "Çıraq Palas", "Afrodita", "Nağıl Bağı", Sumqayıt şəhərində fəaliyyət göstərən "Qubadlı", "Yaxta" və "İbiza" ictimai-iaşə obyektlərindən havaya normadan artıq tullantı atılması, atmosferin kanserogen maddələrlə çirkləndirilməsi müəyyən olunub.
Faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 234-cü maddəsinin tələblərinə əsasən sözügedən restoran və şadlıq saraylarının istismarçıları barəsində protokol tərtib olunaraq cərimə tətbiq edilib.
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin istismarçılarına bir daha çağırış edir ki, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər.
Ölkə ərazisindəki ictimai-iaşə obyektlərində monitorinq və nəzarət tədbirləri davam etdirilir.