https://sputnik.az/20220718/ak-rehberliyi-lham-eliyevle-xezer-qazinin-a-ye-tedarukunu-muzakire-edecek-444090875.html
Aİ ilə enerji müqaviləsi olacaq? AK rəhbərliyi Xəzər qazını almaq üçün Azərbaycana gəlir
Aİ ilə enerji müqaviləsi olacaq? AK rəhbərliyi Xəzər qazını almaq üçün Azərbaycana gəlir
Sputnik Azərbaycan
AK-nın press-relizində bildirilib ki, "Cənub Qaz Dəhlizi Aİ-yə, xüsusilə də Cənub-Şərqi Avropaya təbii qazın nəqlində mərkəzi rol oynayır" 18.07.2022, Sputnik Azərbaycan
2022-07-18T12:00+0400
2022-07-18T12:00+0400
2022-07-18T14:52+0400
prezident ilham əliyev
iqtisadiyyat
enerji
avropa komissiyası
avropa ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436831913_0:970:2049:2122_1920x0_80_0_0_94c7a352d0f34f147e280ac5130fb6f9.jpg
BAKI, 18 iyul — Sputnik. Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen və Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmaq üçün bazar ertəsi Bakıya gələcəklər. Onlar xüsusən Xəzər qazının Rusiyadan yan keçməklə Avropaya tədarükü ilə bağlı danışıqlar aparacaqlar.AK prezidenti fon der Lyayen və Avropa komissarı Simson Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər. Simson Aİ ilə Azərbaycanın arasındakı enerji dialoqunda iştirak edəcək. Azərbaycan nümayəndə heyətinə energetika naziri Pərviz Şahbazov rəhbərlik edəcək.Cümə günü Avropa Komissiyasının press-relizində bildirilib ki, "Rusiyanın öz enerji resurslarından silah kimi davamlı istifadə etdiyi bir şəraitdə enerji daşıyıcılarının idxalının diversifikasiyası Aİ üçün əsas prioritetdir. Cənub Qaz Dəhlizi Aİ-yə, xüsusilə də Cənub-Şərqi Avropaya təbii qazın nəqlində mərkəzi rol oynayır".Məlumatda qeyd olunub ki, Aİ və Azərbaycan, həmçinin, təmiz enerji və enerji səmərəliliyi sahəsində uzunmüddətli tərəfdaşlığın yaradılması üzərində işləyirlər. Hər iki tərəf "yaşıl" enerjiyə keçidi həyata keçirir və Paris sazişinin məqsədlərini həyata keçirir.Avropa Komissiyası qeyd edib ki, "Aİ və Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, investisiyalar, ticarət və vətəndaş cəmiyyəti potensialından tam istifadə də daxil olmaqla, geniş spektrdə əməkdaşlığı genişləndirməyə imkan verəcək yeni hərtərəfli saziş haqqında danışıqlar aparırlar".Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Onun payı bu ölkənin ümumi xarici ticarət dövriyyəsinin, təxminən, 36,7%-ni təşkil edir. Azərbaycanın ixracının 51%-i (əsasən enerji daşıyıcıları) Aİ-nin payına düşür. Azərbaycanın idxalının 16%-ni Aİ-dən olan məhsullar təşkil edir.Aİ ilə Azərbaycan arasında ticarət münasibətləri 1999-cu ildən fəaliyyət göstərən tərəfdaşlıq və əməkdaşlıq haqqında Sazişə əsaslanır. Yeni hərtərəfli sazişlə bağlı 2017-ci ildən danışıqlar aparılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436831913_0:351:2048:1887_1920x0_80_0_0_6210a67a34beb23454999d1ff27a3e8d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, enerji, avropa komissiyası, avropa ittifaqı
prezident ilham əliyev, enerji, avropa komissiyası, avropa ittifaqı
Aİ ilə enerji müqaviləsi olacaq? AK rəhbərliyi Xəzər qazını almaq üçün Azərbaycana gəlir
12:00 18.07.2022 (Yenilənib: 14:52 18.07.2022) AK-nın press-relizində bildirilib ki, "Cənub Qaz Dəhlizi Aİ-yə, xüsusilə də Cənub-Şərqi Avropaya təbii qazın nəqlində mərkəzi rol oynayır"
BAKI, 18 iyul — Sputnik. Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen və Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmaq üçün bazar ertəsi Bakıya gələcəklər. Onlar xüsusən Xəzər qazının Rusiyadan yan keçməklə Avropaya tədarükü ilə bağlı danışıqlar aparacaqlar.
AK prezidenti fon der Lyayen və Avropa komissarı Simson Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra birgə mətbuat konfransı keçirəcəklər. Simson Aİ ilə Azərbaycanın arasındakı enerji dialoqunda iştirak edəcək. Azərbaycan nümayəndə heyətinə energetika naziri Pərviz Şahbazov rəhbərlik edəcək.
Cümə günü Avropa Komissiyasının press-relizində bildirilib ki, "Rusiyanın öz enerji resurslarından silah kimi davamlı istifadə etdiyi bir şəraitdə enerji daşıyıcılarının idxalının diversifikasiyası Aİ üçün əsas prioritetdir. Cənub Qaz Dəhlizi Aİ-yə, xüsusilə də Cənub-Şərqi Avropaya təbii qazın nəqlində mərkəzi rol oynayır".
Məlumatda qeyd olunub ki, Aİ və Azərbaycan, həmçinin, təmiz enerji və enerji səmərəliliyi sahəsində uzunmüddətli tərəfdaşlığın yaradılması üzərində işləyirlər. Hər iki tərəf "yaşıl" enerjiyə keçidi həyata keçirir və Paris sazişinin məqsədlərini həyata keçirir.
Avropa Komissiyası qeyd edib ki, "Aİ və Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi, investisiyalar, ticarət və vətəndaş cəmiyyəti potensialından tam istifadə də daxil olmaqla, geniş spektrdə əməkdaşlığı genişləndirməyə imkan verəcək yeni hərtərəfli saziş haqqında danışıqlar aparırlar".
Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Onun payı bu ölkənin ümumi xarici ticarət dövriyyəsinin, təxminən, 36,7%-ni təşkil edir. Azərbaycanın ixracının 51%-i (əsasən enerji daşıyıcıları) Aİ-nin payına düşür. Azərbaycanın idxalının 16%-ni Aİ-dən olan məhsullar təşkil edir.
Aİ ilə Azərbaycan arasında ticarət münasibətləri 1999-cu ildən fəaliyyət göstərən tərəfdaşlıq və əməkdaşlıq haqqında Sazişə əsaslanır. Yeni hərtərəfli sazişlə bağlı 2017-ci ildən danışıqlar aparılır.