https://sputnik.az/20220717/yay-aylarinin-qidalanma-standarti-442676996.html
Yay aylarının qidalanma standartı
Yay aylarının qidalanma standartı
Sputnik Azərbaycan
Zamana və hava şəraitinə baxmayaraq, hər kəsin fiziki fəal həyat tərzi sürməsi də mütləq şərtlərdən biridir. 17.07.2022, Sputnik Azərbaycan
2022-07-17T08:53+0400
2022-07-17T08:53+0400
2022-07-17T08:53+0400
səhiyyə
yay
qidalanma
standart
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945076_0:103:2000:1228_1920x0_80_0_0_f863a5f5dad165827ad4da53e2f9f75a.jpg
BAKI, 17 iyul - Sputnik. İnsan orqanizminin bioloji saatı Günəşin çıxmasına və batmasına uyğun qurulub. Yuxu rejimi, gündəlik məşğuliyyətlər, həyat tərzi də fəsillərə uyğunlaşdırlır. İsti aylarda müəyyən dəyişikliklər edilməsi isə qaçılmazdır. Bunun əsas səbəbi orqanizmin yay rejiminə uyğunlaşa bilməməsidir.Yayda istilərlə əlaqədar insanların əksəriyyəti gündəlik planlarını əsasən gün batandan sonraya saxlayır, axşam isə gec saatlarda yatırlar. Beləliklə, yuxu rejimi pozulur, orqanizm öz fəaliyyətini düzgün adaptasiya edə bilmir.AZƏRTAC xəbər verir ki, həkim-terapevt Günay İsmayılova deyib: “Yay aylarında havaların isti və nəm olması ilə əlaqədar olaraq qanın qatılaşması baş verir və bunun nəticəsində risk faktoru kimi arterial hipertenziya və bir sıra ürək-damar xəstəlikləri yaranır. Ümumiyyətlə, yay aylarında qidalanmanın bir neçə qızıl standartı var. Onlardan birincisi, çoxlu su qəbulu, ikincisi, qida rasionunda kalorili yeməklərin miqdarının azaldılması və üstünlüyün tez həzm olunan qidalara, meyvə-tərəvəzə verilməsidir. Yağlı və xəmir xörəklərinin qəbulu azaldılmalı və axşamlar yatmazdan bir neçə saat əvvəl qida qəbul edilməlidir”.Zamana və hava şəraitinə baxmayaraq, hər kəsin fiziki fəal həyat tərzi sürməsi də mütləq şərtlərdən biridir. Passiv həyat tərzi sürmək yolverilməzdir. Yay aylarında da istirahəti düzgün planlaşdıraraq zehni və fiziki fəaliyyətlə məşğul olmaq olar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0f/441945076_114:0:1887:1330_1920x0_80_0_0_a15f93c25bbc2ef2c217bcb1aa87790b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
yay, qidalanma, standart
Yay aylarının qidalanma standartı
Zamana və hava şəraitinə baxmayaraq, hər kəsin fiziki fəal həyat tərzi sürməsi də mütləq şərtlərdən biridir.
BAKI, 17 iyul - Sputnik. İnsan orqanizminin bioloji saatı Günəşin çıxmasına və batmasına uyğun qurulub. Yuxu rejimi, gündəlik məşğuliyyətlər, həyat tərzi də fəsillərə uyğunlaşdırlır. İsti aylarda müəyyən dəyişikliklər edilməsi isə qaçılmazdır. Bunun əsas səbəbi orqanizmin yay rejiminə uyğunlaşa bilməməsidir.
Yayda istilərlə əlaqədar insanların əksəriyyəti gündəlik planlarını əsasən gün batandan sonraya saxlayır, axşam isə gec saatlarda yatırlar. Beləliklə, yuxu rejimi pozulur, orqanizm öz fəaliyyətini düzgün adaptasiya edə bilmir.
AZƏRTAC xəbər verir ki, həkim-terapevt Günay İsmayılova deyib: “Yay aylarında havaların isti və nəm olması ilə əlaqədar olaraq qanın qatılaşması baş verir və bunun nəticəsində risk faktoru kimi arterial hipertenziya və bir sıra ürək-damar xəstəlikləri yaranır. Ümumiyyətlə, yay aylarında qidalanmanın bir neçə qızıl standartı var. Onlardan birincisi, çoxlu su qəbulu, ikincisi, qida rasionunda kalorili yeməklərin miqdarının azaldılması və üstünlüyün tez həzm olunan qidalara, meyvə-tərəvəzə verilməsidir. Yağlı və xəmir xörəklərinin qəbulu azaldılmalı və axşamlar yatmazdan bir neçə saat əvvəl qida qəbul edilməlidir”.
Zamana və hava şəraitinə baxmayaraq, hər kəsin fiziki fəal həyat tərzi sürməsi də mütləq şərtlərdən biridir. Passiv həyat tərzi sürmək yolverilməzdir. Yay aylarında da istirahəti düzgün planlaşdıraraq zehni və fiziki fəaliyyətlə məşğul olmaq olar.