DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Serbiya və Xorvatiya arasında nə baş verir?

© AP Photo / Franc ZhurdaSerbiya Prezidenti Aleksandr Vuçiç, arxiv şəkli
Serbiya Prezidenti Aleksandr Vuçiç, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.07.2022
Abunə olmaq
Aleksandar Vulin xorvat rəsmilərinə qarşı sərhəd siyasətini dəyişəcəyini deyib.
BAKI, 17 iyul - Sputnik. Serbiya və Xorvatiya arasında kiçik diplomatik böhran yaşanıb. Azərtac xəbər verir ki, Xorvatiya İkinci Dünya müharibəsi illərində ölkənin ən böyük həbs düşərgəsi olan Yasenovaça səfər etməyi planlaşdıran Serbiya Prezidenti Aleksandr Vuçiçin ölkəyə girişini qadağan edib.
Serbiya Prezidenti Xorvatiya hakimiyyətinə əvvəlcədən məlumat vermədən Yasenovaç və Pokraça səfər etmək istəyib, lakin xorvat rəsmilər bu səfərin baş tutmasına icazə verməyiblər.
Xorvatiya rəsmiləri diplomatik münasibətlər protokollarını pozan Aleksandr Vuçiçin məqsədinin təxribat olduğunu iddia ediblər.
CC0 / deluxtrade / CroatiaXorvatiya bayrağı, arxiv şəkli
Флаг Хорватии - Sputnik Azərbaycan, 1920, 17.07.2022
Xorvatiya bayrağı, arxiv şəkli
Serbiyanın daxili işlər naziri Aleksandar Vulin isə ölkəsinin xorvat rəsmilərinə qarşı sərhəd siyasətini dəyişəcəyini, xidməti və diplomatik pasport sahibi olan Xorvatiya vətəndaşlarının bundan sonra Serbiyaya daxil olarkən səfərin səbəbini açıqlamalı olacaqlarını deyib.
Xəbər lenti
0